EURO 1,9102 TRY 0,2991
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.06.2019 09:23:21

Ayətullah Xamenei ABŞ prezidentinin məktubunu cavabsız qoydu.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İranın Ali lideri Ayətullah Xamenei Yaponiya baş naziri Sindzo Abenin gətirdiyi ABŞ prezidenti Donald Trampın məktubunu cavabsız qoyub.

Ayətullah Xamenei ilə görüşün əvvəlində Sindzo Abe deyib: “Mən siz zati-alilərinə ABŞ prezidentindən olan məktubu vermək istəyərdim”.

“Mənim ABŞ prezidentinin məktubuna cavabım yoxdur və olmayacaq da”, - deyə Ayətullah Xamenei bildirib və qeyd edib ki, ABŞ prezidentini “cavab məktubuna layiq bir insan hesab etmir”.

Abenin Trampdan İran rəhbərliyinə çatdırdıqlarının təfərrüatları açıqlanmasa da, qeyd edilir ki, Abe Ayətullah Xameneiyə bildirib ki, Tramp İranda rejim dəyişikliyi məqsədi güdmür, İranın nüvə silahı yaratmasını istəmir və İranla danışıqlar aparmaq istəyir.

Ayətullah Xamenei Trampın Ağ Evin İranda rejim dəyişikliyinə can atmamasına dair sözlərini yalan adlandırıb və bəyan edib ki, İran təkrar danışıqlar məsələsində ABŞ-a güvənmir və üstəlik Tehran nüvə silahı yaratmağa can atmır.


Ayətullah Xamenei Trampın arzusunu ürəyində qoydu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Sumqayıtda baş leytenant özünü güllələyib
    Sumqayıtda polis əməkdaşının silahla ehtiyatsız davranması ölümlə nəticələnib.
     18.07.2019
    GMİ sədri: “Yad qüvvələr məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”
    “Yad təsirlər altında olan qüvvələr məqsədyönlü şəkildə Gürcüstan-Azərbaycan münasibətlərini pozmağa çalışırlar”.
     18.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ