Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:6.12.2021 11:04:34

Yeni stansiyalar ilk növbədə köhnələrin yerində qurulacaq və kompleks tədqiqatlar aparmaq üçün get-gedə bu şəbəkə genişləndiriləcək.

İşğaldan azad ərazilərdə 2025-ci ilə qədər 10 seysmik stansiyanın qurulması nəzərdə tutulub, lakin bu il bu istiqamətdə heç bir iş görə bilməmişik.

İslamazeri.com xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

O bildirib ki, seysmik stansiyaların qurulması üçün öncə ərazilər minalardan təmizlənməli və məskunlaşma olmalıdır.

"İşğaldan öncə bizim Cəbrayıl, Ağdam və Kəlbəcərdə 3 seysmik stansiyamız var idi. Yeni stansiyalar ilk növbədə köhnələrin yerində qurulacaq və kompleks tədqiqatlar aparmaq üçün get-gedə bu şəbəkə genişləndiriləcək".

Mərkəzin Baş direktoru Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə əməkdaşlıqdan da danışıb.

"Hələ 2018-ci ildə Ankarada birgə əməkdaşlıq üçün müqavilə bağlamışdıq. İndi Türkiyə tərəfi bizə dərin quyu stansiyası verəcək və gələn ilin may ayından iyul ayına qədər türkiyəli nümayəndələrin də iştirakı ilə stansiyanın yeri seçiləcək".


Azad olunmuş ərazilərdə seysmik stansiyalar quraşdırılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xocalıda avtomobil aşıb, ölən var
    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
     18.08.2022
    İran
    İranın Kəşfiyyat Nazirliyi beynəlxalq miqyasda fəaliyyət göstərən terrorçunu həbs etdiyini açıqlayıb.
     18.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ