1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.06.2020 14:49:39

Bu barədə AZAL-ın məlumatında deyilir.

İslamazeri.com xəbər verir ki, 1 iyul tarixindən başlayaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Türk Hava Yolları (THY) Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reyslər həyata keçirəcək. Bu barədə AZAL-ın məlumatında deyilir.

“Türkiyədə olan Azərbaycan vətəndaşlarının, o cümlədən tələbələrin ölkəyə gəlməsi və müxtəlif şəxsi səbəblərə görə Azərbaycan vətəndaşlarının Türkiyəyə gedişini asanlaşdırmaq üçün 1 iyul tarixindən başlayaraq qarşılıqlı razılıq əsasında həftədə iki dəfə Azərbaycan Hava Yollarının, iki dəfə isə Türk Hava Yollarının Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqaməti üzrə xüsusi reysləri həyata keçiriləcək”, - deyə məlumatda bildirilir.

AZAL-ın reysləri həftənin cümə axşamı və şənbə günlərində, THY-nin reysləri isə çərşənbə və cümə günlərində icra olunacaq.

Bakı-İstanbul reysinə yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır.

İstanbul-Bakı istiqamətində uçan sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində Türkiyə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 testindən keçmək üçün tövsiyə olunmuş tibb müəssisələrində testdən keçməli və hava limanında qeydiyyatdan keçərkən mənfi nəticə barədə arayışı təqdim etməlidirlər.

Bakıya uçub gələn bütün sərnişinlər təyyarənin göyərtəsində onlara təqdim olunacaq iltizam sənədi vasitəsilə Azərbaycanda qaldıqları yerdə özlərini iki həftəlik müddət ərzində təcrid edəcəkləri barədə öhdəlik götürməlidirlər. Onlar özünütəcriddə qaldıqları müddətdə 8103 SMS İcazə Sistemi vasitəsilə olduqları yeri tərk edə bilməyəcəklər. Bu tələbə əməl etməyərək karantin qaydalarını pozan şəxslər Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.


AZAL və THY 1 İyuldan xüsusi uçuşlara başlayır, lakin...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ