1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:31.05.2020 20:09:43

Azərbaycanda 248 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İslamazeri.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son açıqlamasına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5 494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 428 nəfər müalicə olunaraq sağalmış, 63 nəfər vəfat edib, 2 003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298 648 test aparılıb.

Hesablamalara görə, ümumi yoluxma sayının 62.4 faizi sağalıb, 1 faizdən çoxu vəfat edib.


Azərbaycada koronavirus statistikası: Yoluxanların 62 faizdən çoxu sağalıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
    Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.
     02.07.2020
     Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ