EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.03.2019 10:10:19

Forum işçi sessiyalarla davam edib.

Cenevrədə Avropanın 56 ölkəsinin iştirak etdiyi BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Regional Forumu keçirilib.

Axar.az xəbər verir ki, forumda ölkəmizi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov təmsil edib.

Forumu açan BMT Baş katibinin müavini Əminə Məhəmməd Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) və üzv dövlətlərin bu məqsədlərə nail olmasında səylərinin artırılmasının vacibliyini vurğulayıb. Baş katibin müavini, eyni zamanda, 2019-cu ilin iyul ayında BMT-nin Baş Qərargahında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda 51 ölkənin könüllü milli hesabatlarının dinləniləcəyini və bu il ilk dəfə olaraq DİM-lərin BMT-nin Baş Assambleyası səviyyəsində müzakirə ediləcəyini diqqətə çatdırıb.

Forumun Yüksək Səviyyəli Siyasi Seqmentində Azərbaycan hökuməti adından çıxış edən Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov ölkəmizdə DİM-lər üzrə görülmüş işlər, qarşıda duran hədəflər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan bu il regionda ilk ölkə olaraq ikinci dəfə BMT-nin İqtisadi və Sosial Şurasının himayədarlığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forumda könüllü milli hesabatını təqdim edəcək. Bununla yanaşı, o, Azərbaycanda DİM-lərin milliləşdirilməsi prosesinin başa çatdırıldığını, bir sıra dövlət proqramlarının DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırıldığını və bu istiqamətdə BMT ilə bir sıra layihələrin həyata keçirildiyini vurğulayıb.

Forum işçi sessiyalarla davam edib.

UNECE Regional Forumunun 8-ci Dayanıqlı İnkişaf Məqsədinə həsr olunmuş panel müzakirəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edib. Çıxış 8-ci DİM-in icrasında hökumətin və sosial tərəfdaşların əməkdaşlığına həsr olunub. Mətin Kərimli ölkəmizdə son 15 ildə əldə olunmuş sosial-iqtisadi uğurlar, o cümlədən yoxsulluq və işsizlik səviyyəsinin 5 faizə qədər azaldılması, 2 milyondan çox yeni iş yerinin yaradılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar sistemli tədbirlər barədə ətraflı məlumat verib. Bundan əlavə, çıxışda Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti, özünüməşğulluq proqramı, "DOST" Agentliyi, qeyri-rəsmi məşğulluqla mübarizə tədbirlərindən də bəhs edilib. Mətin Kərimli Azərbaycanın 8-ci DİM üzrə Beynəlxalq Əmək Təşkilatının (BƏT) regionda mərkəz ölkəsi olduğunu, eləcə də ölkəmizin BƏT-in İdarə heyətinin üzvü kimi BMT-in Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynadığını diqqətə çatdırıb.

Regional Forum DİM-lərin həyata keçirilməsi ilə əlaqədar UNECE regionunun üzləşdiyi çətinliklər və onların aradan qaldırılması üçün üzv ölkələr tərəfindən tətbiq edilən təcrübənin mübadiləsi üçün imkanlar yaradır. Forum beynəlxalq və regional təşkilatlar, vətəndaş cəmiyyəti, elm və təhsil dairələri, özəl sektor daxil olmaqla, bütün maraqlı tərəflərə əhatə edir.


Azərbaycan BMT-nin keçirdiyi forumda

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
    Beynəlxalq Bankla bağlı mənimsəmələrdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini Leyla Mahmudovanın da adı hallanır.
     15.07.2019
    HƏMAS sionist əsgərlərdən kəşfiyyat toplayır
    İsrail mediası HƏMAS hərəkatının sionist əsgərlərdən kəşfiyyat topladığının ortaya çıxdığını bildirib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ