EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:10.10.2019 15:51:56

David Qareci kompleksinin kilsələri sabahdan etibarən gürcü ruhaniləri üçün açılacaq

"David Qareci kompleksinin kilsələri sabahdan etibarən gürcü ruhaniləri üçün açılır", bu barədə Gürcüstan baş naziri Georgi Qaxariya oktyabrın 10-da hökumətin iclasında Azərbaycana səfərinin yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, David Qareci məsələsi İlham Əliyevlə görüşdə qaldırılıb.

"David Qareci monastır kompleksi kimi mühüm məsələyə toxunmaya bilməzdik. Hamımız, təəssüf ki, Gürcüstan və Azərbaycan arasında müəyyən edilməmiş sərhəd hissələrinin olduğunu xatırlayırıq, bu, bizim postsovet irsimizdir və bu problem 25 il ərzində həll edilməyib.

Azərbaycan prezidenti deyib ki, bizi birləşdirən tariximiz və coğrafiyamız var və əlbəttə ki, coğrafiya və tarixin dostları və tərəfdaşları ayırmadığı, əksinə, birləşdirdiyi ilə tamamilə razıyam.

Məhz bu əsaslarla bizim cari problemlər haqqında tamamilə açıq söhbətimiz olub və nəticədə, sizə deyə bilərəm ki, David Qareci kompleksinin kilsələri sabahdan etibarən gürcü ruhaniləri üçün açılacaq, nəticə etibarilə, biz bu istiqamətdə ciddi irəliləyiş əldə etməliyik", deyə Georgi Qaxariya bildirib.

Hamımız başa düşməliyik ki, vətən sevgisi, vətənpərvərlik saxta vətənpərvərlik hücumları və düşünülməmiş addımlar demək deyil. Biz dəfələrlə qeyd etmişik ki, bu problem hər iki ölkənin milli maraqları, tarixi irs və kilsə maraqları nəzərə alınmaqla həll edilməlidir. Bu, yanaşmamızın ən mühüm komponentidir.

Həmçinin, bildirmək istərdim ki, hər bir addımımızda, sözümüzdə müstəsna məsuliyyət və ehtiyatlılıq nümayiş etdirməliyik və hamımız başa düşməliyik ki, vətən sevgisi, vətənpərvərlik saxta vətənpərvərlik hücumları və düşünülməmiş addımlar demək deyil", deyə Georgi Qaxariya bildirib.

* David Qareci (Keşikçi Dağ - Azərb.) Gürcüstan və Azərbaycan sərhədində orta əsrlərə aid mağara tipli monastır kompleksidir.

Monastırın 25 binasından ikisi Azərbaycan ərazisindədir. 2019-cu ilin əvvəllərində Gürcüstan prezidenti Salome Zurabişvili monastırı ziyarət etdikdən və monastırın taleyini həll etmək lazım olduğunu bəyan etdikdən sonra burada vəziyyət gərginləşib.

Buna cavab olaraq, Azərbaycan öz ərazisinə girişi bağlayıb. Bundan sonra Gürcüstan vətəndaşlarından ibarət böyük bir qrup Azərbaycan sərhədçilərinə hücum edib, dövlət sərhədini pozub. Bu, vəziyyəti daha da gərginləşdirib. Bir həftə əvvəl Azərbaycan bu hissədə yeni sərhəd zastavası açıb. 


Azərbaycan ərazisindəki David Qareci monastırına girişi açıb - Georgi Qaxariya

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyənin tanınmış ilahiyyatçı alimi Alparslan Kuytul azad olundu
    Adana "Furqan" Təhsil və Xidmət Fonduna qarşı istintaq çərçivəsində həbs olunan Alparslan Kuytul azad olunub
     05.12.2019
    Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ