EURO 1,8766 TRY 0,299
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:16.08.2019 12:06:47

Azərbaycan İlahiyyat İnstitutuna 2019-2020-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub.

Azərbaycan İlahiyyat İnstitutuna 2019-2020-ci tədris ili üzrə qəbul planı 100 faiz dolub.

İnstitutdan Trend-ə bildirilib ki, ödənişsiz əsaslarla həyata keçirilən qəbulda İslamşünaslıq ixtisası üzrə 36, Dinşünaslıq üzrə 36 nəfər olmaqla, ümumilikdə, 72 abituriyentin qəbulu baş tutub. 2019-2020-ci tədris ili üzrə İslamşünaslıq ixtisasına minimum keçid balı 200, Dinşünaslığa isə 292 olub.

Qeyd edək ki, 2019/2020-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunan abituriyentlərin qeydiyyatı artıq başlanıb. Qeydiyyatdan keçməyən abituriyentlər ixtisasları üzrə təhsil almaqdan imtina etmiş sayılırlar.

Sənədlərin qəbulu 2019-cu il avqust ayının 15-dən 27-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Yasamal rayonu Əhməd Cəmil küç., 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılır.

Bütün abituriyentlər qeyd olunan tarixlərdə aşağıdakı sənədləri təqdim etməklə, Azərbaycan İlahiyyat İnstitutunda qeydiyyatdan keçməlidirlər:

 Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (kollec və ya ali təhsil müəssisəsinin 2017-2018-ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında Arayış və ya Diplom). Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir) (3 nüsxə). Şəxsiyyət Vəsiqəsinin əsli və surəti (3 nüsxə). İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün) – 3 nüsxə. Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086). Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 6 ədəd. Həmçinin qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsinin təsdiq olunması üçün iş nömrəsini və şifrəsini təqdim etməklə, mütləq surətdə elektron qeydiyyatdan keçməlidir.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu həyata keçirib. İnstituta tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə – İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə aparılıb.


Azərbaycan İlahiyyat İnstitutuna 2019-2020-ci tədris ili üzrə qəbul planı 100 faiz yerinə yetirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir, neft ucuzlaşır
    Vəhabi krallıq həftəsonu dron hücumlarının sıradan çıxardığı neft emalı obyektlərinin yarısının fəaliyyətini bərpa etdiyini açıqlayıb.
     19.09.2019
    Qeyri müsəlmanların Ərbəin yürüşündə iştirak etmələrinin səbəbi budur - Ayətullah Xamenei
    İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən Ərbəin yürüşünün xidmətçiləri ilə görüşüb
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ