Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.01.2022 16:22:08

Bu haqda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev məlumat verib.

Bu il mart ayının əvvəlində İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası keçiriləcək.

İslamazeri.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri və Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən sonra deyib.

“İran tərəfi ilə bugünkü müzakirələri hesab etmək olar ki, hökümətlərarası komissiyasına hazırlıq mərhələsi kimi görülən işdir. Əminəm ki, komissiyanın iclasına kimi möhtərəm Prezidentimiz tərəfindən verilən tapşırıqlar yerinə yetiriləcək. Verilən tapşırıqların icrası baxımından zəruri bir sıra sənədlərin imzalanmasına, zəruri infrastruktur layihələrinin yerinə yetirilməsinə doğru gedəcəyik”, - deyə Ş. Mustafayev bildirib.

Xatırladaq ki, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 1000-i ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 milyard ABŞ dollarından artıqdır. Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırır. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək.

Tarixi əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Bununla yanaşı. Astarada iki ölkənin dəmir yollarının birləşdirilməsinə nail olunub, Astaraçay çayı üzərində dəmir yolu körpüsü istismara hazır vəziyyətə gətirilib, quru yük terminalının 1-ci fazası istifadəyə verilib. Qəzvin-Rəşt dəmir yolunun açılması yalnız Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin də inkişafı istiqamətində atılmış çox mühüm addımdır.

İki ölkə arasında mühüm əməkdaşlıq istiqamətlərindən biri də sərhəd və gömrük sahəsində əməkdaşlıqdır. 2018-ci ilin mayından Biləsuvar, Astara və Culfa sərhəd-keçid məntəqələri 24 saatlıq iş rejiminə keçdiyini, Şahtaxtı-Poldəşt məntəqəsinin iş rejiminin bu ilin fevral ayından 12 saatdan 16 saata artırıldığını qeyd edib.

Azərbaycan və İran energetika sahəsində də səmərəli əməkdaşlıq edirlər. SOCAR və İranın NİCO şirkəti arasında uğurlu əməkdaşlıq əlaqələri vardır. Ölkələrimiz arasında Naxçıvan Muxtar Respublikasının qazla təmin olunmasında əməkdaşlıq həyata keçirilir.

“Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad və Marazad" SES və hidroqovşaqlarının tikintisi üzrə işlər aparılır. Eyni zamanda, 330 kv-luq İmişli-Parsabad elektrik xətti tikilib. 2016-cı ildə Hökumətlər arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi imzalanıb, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.

İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi sistemlərinin birləşdirilməsi nəzərdə tutulur. Azərbaycan-İran-Türkiyə elektrik enerjisi dəhlizinin yaradılması məqsədilə həyata keçiriləcək tədbirlər üçtərəfli enerji əməkdaşlığını genişləndirməyə əlavə imkan yaradacaq.


Azərbaycan-İran hökümətlərarası komissiyanın növbəti iclasının vaxtı açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polis Bakıda əməliyyat keçirib, saxlanılanlar var
    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
     24.05.2022
    DİM kolleclərə qəbul üçün sənəd verənlərə müraciət edib
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ