1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:12.07.2018 14:40:10

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq.

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxacaq.

Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” I təsnifat mərhələsində Lüksemburq klubu “Proqres”i qəbul edəcək. Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunur. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı olacaq. Heyətində bəzi dəyişikliklər edən “Qəbələ” doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə çalışacaq.

Ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirəcək. Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada “Baltsan”ın qonağı olacaq. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olacaq. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən uğurlu nəticə ilə dönmək əzmindədir. Ta Qalidəki oyun həm də Maksimovun bakılılarla avrokubokda debüt görüşü olacaq.


Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Seyid Nəsrullah: Hizbullahın nə Venesuelada, nə də başqa ölkədə təşkilatı yoxdur
    Hizbullahının lideri Seyid Həsən Nəsrullah gündəm mövzuları ilə bağlı çıxış edib.
     16.02.2019
    Polad Bülbüloğlu və Rusiya DİN-in generalı çeçenlərlə azərbaycanlılar arasında insidenti müzakirə edib
    Hər iki iş məhkəməyə veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq
     16.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ