Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:20.06.2022 13:07:13

Bu barədə ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

"Qısa zamanda Azərbaycana meymunçiçəyi virusunu müəyyən edən testlər gətiriləcək".

İslamazeri.com xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, meymunçiçəyi virusu dünyada var:

"Bu virus daha çox Afrikada müşahidə edilir. Hazırda Avropada da müşahidə olunur, lakin COVID-19 qədər narahatedici səviyyədə deyil. Fərqli formada yoluxduğu üçün yayılması o qədər də sürətli deyil. Narahatlığa əsas yoxdur, amma bütün xəstəliklər kimi meymunçiçəyi də nəzarət altında saxlanılmalıdır. Xəstəliyin diaqnostikasının aparılması ilə əlaqədar olaraq Azərbaycan hökuməti ÜST-yə müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək".
Hande Harmancı testlərin sayının minlərlə olacağını qeyd edib. O əlavə edib ki, meymunçiçəyi virusunu aşkarlamaq üçün bir neçə test növü var:

"Hazırda hansı növ testin Azerbaycana gətirilməsi Səhiyyə Nazirliyi və TƏBİB-lə müzakirə olunur. Xatırlatmaq istəyirəm ki, hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı heç bir təhlükə yoxdur".


Azərbaycan meymunçiçəyinin diaqnostikasının aparılması üçün ÜST-ə müraciət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
     9.08.2022
    Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir
    Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ