1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:19.11.2019 10:05:01

Azərbaycan millisi bu gün Slovakiya yığmasının qonağı olacaq.

Azərbaycan millisi bu gün UEFA AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununa çıxacaq.

“Report” xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasının qonağı olacaq. Trnavadakı Anton Malatinski adına stadionda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Cari tskilda bu komandalar arasında iyunun 11-də “Bakcell Arena”da reallaşan qarşılaşmada qonaqlar 5:1 hesablı ilə qalib gəliblər. Görüşdə hesabı 8-ci dəqiqədə Stanislav Lobotka açıb. 27-ci dəqiqədə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Bundan 2 dəqiqə sonra Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Lakin 1 dəqiqə sonra Slovakiya yığmasının kapitanı Marek Hamşik fərqi yenidən artırıb. O, 57-ci dəqiqədə özünün 2-ci, komandasının 4-cü qolunu vurub. Son nöqtəni isə 85-ci dəqiqədə David Hançko qoyub.

Slovakiya ilə Azərbaycan milliləri dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 8-ci dəfə üz-üzə gələcəklər. İndiyə qədər baş tutan 7 matçdan 6-da rəqib qalib gəlib. 6 iyun 2001-ci ildə Bakıda DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyunda isə Azərbaycan millisi hələlik yeganə olan qələbəsini qazanıb – 2:0. Tofiq Bəhramov adına Respublika stadionunda Vadim Vasilyevlə Zaur Tağızadə fərqləniblər.

E qrupunda 1 xalla sonuncu pillədə qərarlaşan Azərbaycan millisi Avropa çempionatına vəsiqə qazanmaq şansını itirsə də, rəqibin belə bir imkanı var. Lakin Pavel Hapalın baş məşqçisi olduğu komadanın taleyi öz əlində deyil. Hazırda 10 xalla 4-cü pillədə qərarlaşan Slovakiya son oyunda qalib gəlməklə yanaşı, 12 xalla 2-ci sırada yer alan Macarıstanın paralel keçiriləcək Uelslə səfər matçında xal itirməsinə ümid bəsləməlidir. Bu komandaların xalları bərabər olacağı təqdirdə, slovakiyalılar şəxsi oyunlarda üstün olduqları üçün (2:0, 2:1) AVRO-2020-yə düşəcəklər.

Azərbaycan millisinin heyətində iki itki var. Hücumçu Rüfət Dadaşovla müdafiəçi Maksim Medvedev zədə üzündən hələ Uelslə oyundan əvvəl heyətdən çıxarılıblar. Əvəzində britaniyalıların 2:0 hesabı ilə qalib gəldikləri matçı buraxan Eddi İsrafilov komandaya qoşulub.

AVRO-2020

Seçmə mərhələ

23:45. Slovakiya - Azərbaycan

Baş hakim: Sergey Boyko

Yan xətt hakimləri: Vladimir Volodin və Semyon Şlonçak

Dördüncü hakim: Vitali Romanov (hamısı Ukrayna)

Hakim-inspektor: Kevin Azzopardi (Malta)

UEFA nümayəndəsi: Skot Struthers (Şotlandiya)

Trnava, Anton Malatinski adına stadion


Azərbaycan millisi bu gün UEFA AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununa çıxacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ