1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:26.11.2019 14:09:47

Bakı Azərbaycana uçuşların həyata keçirilməsində maraqlı olan maraqlı xarici aviaşirkətlərin subsidiyalaşdırılması sistemini tətbiq edə bilər.

İslamazeri.com İnterfaks-a istinadən xəbər verir ki, Bakı Azərbaycana uçuşların həyata keçirilməsində maraqlı olan maraqlı xarici aviaşirkətlərin subsidiyalaşdırılması sistemini tətbiq edə bilər. Bunu Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev deyib.

“Hava əlaqəsi də turların rəqabət qabiliyyətinə birbaşa aiddir. Biz reyslərin sayının artırılması üçün məsləhətləşmələr aparırıq. Hazırda Azərbaycana reyslər həyata keçirmək istəyən xarici avişirkətlərin subsidiyalaşdırılması təklifi ilə çıxış edirik”, - Nağıyev News.Ru saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, turizmin inkişafı üçün çox işlər görülür. “2016-cı ildə hotellərin tikintisinə təkan verən bir sıra sənədlər imzalanıb. Turizm sahəsində lisenziyalar ləğv edilib. Bütün bunlar müəyyən təkan verib. Təbii ki, turizm şirkətlərinin sayı artır. Hotellərin sayı artır, tikinti gedir. Nəticədə, əlbəttə ki, bütün bunlar qiymətin əmələ gəlməsinə müsbət təsir edir. Yəni, deyə bilərik ki, bu günə Azərbaycanda istirahət qiymətləri kifayət qədər məqbuldur”, - Nağıyev qeyd edib.

O vurğulayıb ki, bu yaxınlarda Rusiyanın bir sıra regionlarının sakinlərinin daxili pasport ilə Azərbaycana səfər etməsi mümkündür. “Hazırda bununla əlaqədar danışıqlar aparılır”, - Nağıyev əlavə edib.

O qeyd edib ki, Azərbaycan turizm sahəsinə Rusiyanın sərmayələrində maraqlıdır. “Bundan başqa, qarşılıqlı turist axınını artırmaq məqsədilə Rusiya tərəfindən sərmayələrin cəlb olunmasında maraqlıyıq. Azərbaycan investorları həmçinin, öz tərəflərindən turizm sahəsinə investisiya yatırmağa hazırdırlar”, - Nağıyev bildirib.

Hazırda Bakı aeroportu 32 aviaşirkətə xidmət göstərir.

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2,68 mln. turist səfər edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,9% çoxdur. Eyni zamanda, DTA-nın məlumatına görə, 798 min rusiyalı Azərbaycana səfər edib (2018-ci ilin 10 ayı ilə müqayisədə artım 6,1%), xüsusi çəki - 29,8% təşkil edib. **


Azərbaycan ölkəyə uçuşlarda maraqlı xarici aviaşirkətlərə subsidiya ayıra bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə 786 nəfər koronavirusdan sağalıb
    Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 501-ə çatıb
     05.04.2020
    DSX: Düşmən təxribatı cavab atəşilə susduruldu
    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən təx­ribatları davam edir.
     05.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ