Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:4.07.2022 10:00:13

Bu barədə Energetika Nazirliyindən nməlumat verilib.

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Nur-Sultan şəhərində keçiriləcək Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Bu barədə "İslamazeri.com"a Energetika Nazirliyindən nməlumat verilib.

Bildirilib ki, iclas çərçivəsində Hökumətlərarası Komissiyanın 17-ci iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.


Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi Pekin: Tayvandakı gərginliyin yeganə səbəbkarı ABŞ-dır
    Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian, Tayvan boğazındakı gərginliyə ABŞ-ın səbəb olduğunu bildirərək, "ABŞ tərəfi bunun bütün məsuliyyətini və ciddi nəticələrini öz üzərinə götürməlidir", - deyib.
     9.08.2022
    Biləsuvarda 3 kəndin elektrik şəbəkəsi yenidən qurulur
    İşlərə başlanan gündən indiyə qədər kəndlərdə 10 ədəd komplekt transformator məntəqəsi tikilib, 196 ədəd 10 kV-luq, 1000 ədəddən çox 0,4 kV-luq elektrik xəttini daşıyacaq dirəklər basdırılıb.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ