1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.01.2021 19:58:04

Rusiya, Azərbaycan və Ermınistanın Dağlıq Qarabağın inkişafına dair işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək.

 İslamazeri.com Sputnik-ə istinadən bildirir ki, bu barədə üç ölkə liderinin bu gün Kremldə aparılan birgə danışıqlarının yekununa həsr olunmuş bəyanatında deyilir.

Bazar ertəsi, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakıyla üçtərəfli görüş keçirilib. Danışıqlardan sonra Rusiya lideri üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupunun yaradıldığını bildirib. İşçi qrup yaxın günlərdə Qarabağın inkişafına dair planlarını təqdim etməlidir.

“İşçi qrup 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək. Onun yekunlarına əsasən, Bəyanatın 9-cu bəndindən irəli gələn məsələlərin həllində əsas istiqamətləri formalaşdıracaq, burada prioritet kimi dəmiryolu və avtomobil əlaqəsi götürüləcək. Həmçinin işçi qrup Azərbaycan Respublikası, Ermənistan və Rusiya Federasiyası arasındakı razılaşmanın digər istiqamətlərini müəyyənləşdirəcək”,- mətndə deyilir.

“Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə işçi qrupun həmsədrləri bu istiqamətlər üzrə ekspertlərdən ibarət altqrupları yaradacaqlar. Altqruplar tərəflərin səlahiyyətli hökumət  orqanları və təşkilatlarının vəzifəli şəxslərindən təşkil olunacaq. İclasdan sonrakı bir ay müddətində ekspert altqrupları reallaşdırılması üçün gərəkli resurs və tədbirlərin də əks olunduğu layihələrin siyahısını yüksək səviyyədə təsdiq olunmaq üçün tərəflərə təqdim etməlidirlər”, - sənəddə deyilir.

“2021-ci il martın 1-dək işçi qrup tədbirlərin reallaşdırılma qrafiki və siyahısını tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün təqdim etməlidir. Bunlara Azərbaycan və Ermənistan respublikalarının ərazilərində gerçəkləşdirilən, eləcə də Azərbaycan və Ermənistanın bu iki ölkənin ərazisindən keçməklə gerçəkləşdirəcəyi beynəlxalq daşımaların reallaşdırılması və təhlükəsizliyi üçün gərək olan yeni nəqliyyat infrastrukturu obyektlərinin tikilməsi və bərpası daxildir”, - bəyanatda qeyd olunub.


Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yekun BƏYANATI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ