EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.06.2019 12:18:37

Azərbaycan və Ermənistan XİN başçıları iyunun 20-də Vaşinqtonda Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparacaqlar.

Azərbaycan və Ermənistan XİN başçıları iyunun 20-də Vaşinqtonda Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparacaqlar.

Nazirlər Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarovun münaqişə zonasında hazırki gərginliyi və atəşkəs rejiminin möhkəmləndirilməsi yollarını, habelə dialoqun yüksək səviyyədə davam etdirilməsi məsələsini müzakirə edəcəkləri gözlənilir, bu barədə Turan-ın Vaşinqton müxbirinə ABŞ paytaxtındakı diplomatik mənbələr bildirib.

Nazirlərin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şoffer (ABŞ), İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), habelə ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşikin iştirakı ilə keçiriləcək.

Görüş başa çatdıqdan sonra hər iki nazir dövlət katibinin müavini Con Sallivanla görüşmək üçün ayrı-ayrılıqda Dövlət Departamentinə gedəcək. Nazirləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavri Con Bolton tərəfindən də qəbul ediləcəkləri gözlənilir.

"Birləşmiş Ştatlar regionda sülhün təşviqinə yardım etməyə hazırdır", deyə Bolton dünən axşam Tvitter akkauntunda yazıb. 


Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda Con Boltonla görüşəcəklər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ