Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianın dəvəti ilə yaxın günlərdə İrana səfər edəcək.

"İslamazeri" xəbər verir ki, bu barədə İranın “Fars News” agentliyi məlumat yayıb.
Səfər çərçivəsində Ceyhun Bayramovun Hüseyn Əmir Abdullahian, ölkə prezidenti İbrahim Rəisi, Parlamentin spikeri Məhəmməd Baqir Qalibafla görüşlər keçirəcək.
C. Bayramovun İbrahim Rəisi və hökümətinin hakimiyyətə gəlməsindən sonra İrana ilk səfəri olacaqdır.
Azərbaycan XİN başçısı yaxın günlərdə İrana səfər edəcək