1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.10.2019 13:41:11

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, gələnlərin 30%-i Rusiya Federasiyası, 22%-i Gürcüstan, 9,7%-i Türkiyə, 8,2%-i İran, 3,9%-i Səudiyyə Ərəbistanı, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9%-i Hindistan, hər birindən 1,8% olmaqla İraq və Ukrayna, 1,6%-i Türkmənistan, hər birindən 1,5% olmaqla İsrail və Qazaxıstan, 1,4%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,3%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 65,9%-ni kişilər, 34,1%-ni isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-sentyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (96%), Hindistan (70,1%), Misir (66,3%), Çin (63,7% ), Səudiyyə Ərəbistanı (42%), Filippin (39,4%), Macarıstan (34,8%), Polşa (32%), Malayziya (27,3%), Böyük Britaniya (27%), İspaniya (26,7%), Cənubi Koreya (22,4%), Gürcüstan (21,6%) və Almaniya (21,6%) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3% artaraq 880,9 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9%-i dəmir yolu və avtomobil, 41,3%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.                                                      


Azərbaycana gələn turistlərin sayı 10%-ə yaxın artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ