EURO 1,8811 TRY 0,2982
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:02.06.2019 14:52:52

Samuxda baş vermiş intiharın başvermə şəraiti məlum olub.

Samuxda baş vermiş intiharın başvermə şəraiti məlum olub.

İslamazeri.com "Report"a istinadla xəbər verir ki, rayonun Eldar kəndində ötən gün intihar etmiş 19 yaşlı qız Bəsti Yasin qızı Aslanova hadisə zamanı evdə tək olub.

B.Aslanova Gəncə şəhərində yerləşən özəl təhsil müəssisələrinin birində tibb üzrə təhsil alırmış. İkinci kurs tələbəsinin Gəncədə kirayədə yaşadığı bildirilir. O, intihardan bir müddət öncə tətilə çıxdığı üçün yaşadıqları babası evinə gedib.

Hadisədən bir qədər sonra evə gələn ailə üzvləri B.Aslanovanın özünü kəndirlə asaraq intihar etdiyini görüblər. Gənc qızın intihar səbəbi tam açıqlanmır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Azərbaycanda 19 yaşlı tələbə qız babası evinə gedib özünü asdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müqavimətin yanında qalacağıq - Bəşər Əsəd
    Suriya prezidenti keçən həftə həmkarlar ittifaqlarından ibarət 150 xarici nümayəndə heyətini qəbul edib
     18.09.2019
    Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
    Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği müəyyənləşib.
     18.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ