Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:2.07.2022 10:44:15

Azərbaycanda 2023-2030-cu illərdə audiovizual yayımların inkişaf konsepsiyası hazırlanacaq.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən (Teleradio İB) "İslamazeri.com"a verilən məlumata görə, bununla bağlı “Teleradio”da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin, eləcə də radio-televiziya şirkətlərinin məsul nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Konsepsiyanın hazırlanması Türkiyənin “Arthur D. Little” Konsaltinq Xidmətləri Səhmdar Şirkətinə həvalə olunub. Görüşdə şirkət təmsilçisi təqdimatla çıxış edib.
Konsepsiyanın texniki-iqtisadi cəhətdən səmərəli hazırlanması ilə bağlı toplantı iştirakçıları tərəfindən bir sıra təkliflər irəli sürülüb.
Konsepsiyanın hazırlandığı müddətdə müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.


Azərbaycanda audiovizual yayım konsepsiyasını Türkiyə şirkəti hazırlayacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • XİN Ceyhun Bayramovun 13-cü səfirlər konfransındakı çıxışı ilə bağlı məlumat yayıb
    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ