EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:14.06.2018 16:32:12

Respublika ərazisində yerləşən çimərliklərdə dəniz suyundan götürülən nümunələrin nəticələri məlum olub.

Respublika ərazisində yerləşən çimərliklərdə dəniz suyundan götürülən nümunələrin nəticələri məlum olub.

Bu barədə İslamazeri.com-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib: “Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilib. Məlum olub ki, Qaradağ rayonunun “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində dəniz suyunun normadan dəfələrlə artıq çirklənməsi müşahidə edilib. Belə ki, bu çimərliklərdə suyun bağırsaq çöpləri ilə çirklənməsi normadan dəfələrlə artıqdır. Ona görə də, qeyd olunan bu ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Abşeron yarımadasının digər ərazilərindəki çimərliklərdə isə dəniz suyu normaldır və standartlara cavab verir”.

Z.Kazımov bildirdi ki, çimərliklərdə bu cür monitorinqlər oktyabr ayının 1-dək davam edəcək və ayda iki dəfə dəniz suyundan nümunələr götürüləcək.

Qeyd edək ki, artıq sabahdan Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə çimərlik mövsümü açıq elan edilir.


Azərbaycanda bu ərazilərdə çimmək təhlükəlidir - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ