1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:30.05.2020 11:28:56

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

İstər daxili, istərsə də beynəlxalq uçuşlarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Beynəlxalq Hava Nəqliyyat Assosiasiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydaları əsas götürülüb.

İslamazeri.com-un məlumatına görə, bunu dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Operativ Qərargah olaraq bu qaydaları tam analiz ediblər: “Bu qaydaları ölkəmizin reallıqları ilə müqayisə etmişik. Hava nəqliyyatında, eləcə də hava limanlarında şəraitin həmin standartlara çatdırılması üçün bütün işlər görülüb. Bununla əlaqədar olaraq Operativ Qərargah çərçivəsində xüsusi İşçi Qrup yaradılıb. Bütün uçuşlar müəyyən edilən xüsusi qaydalar tətbiq edilməklə həyata keçiriləcək. Beynəlxalq uçuşlarla bağlı isə 15 iyuna qədər sərhədlərin bağlı olmasına qərar verilib”.

R.Bayramlı deyib ki, beynəlxalq uçuşlar başladıqdan sonra, eyni zamanda daxili uçuşlarda da reyslərin sayı əvvəlki kimi olmayacaq:

“İstər daxili, istərsə də beynəlxalq uçuşlarda reyslərin sayında azalma ola bilər, bu məsələ də müzakirə olunur. Eyni zamanda təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq. Bu da təyyarə daxilində məsafənin qorunması, təyyarə ekipajının və sərnişinlərin təhlükəsizliyinin qorunması baxımından tətbiq olunan beynəlxalq təcrübədir. Beynəlxalq uçuşlarla bağlı dünya təcrübəsində səyahət zamanı Babil prinsipini həyata keçirən dövlətlər var. Bu dövlətlər öz aralarında qaydalar müəyyən edir və razılaşırlar. Ölkəmizdə də yaradılmış İşçi Qrup müvafiq dövlətlər və qurumlarla müzakirələr aparır. Beynəlxalq praktikada tətbiq olunan təcrübələrdən biri də COVİD-19 pasportunun tətbiq olunmasıdır. Bu o deməkdir ki, səyahətdən öncəki son günlərdə koronavirus törədici olan virusa görə müayinə tətbiq olunur, neqativ nəticə və COVİD-19 pasportunda sağlamlıqla bağlı xüsusi arayış qeyd olunur. Yoluxmanın müayinədən sonra da baş verə biləcəyi ehtimalı da nəzərə alınaraq bu da müzakirə olunur. Yaxın günlərdə bu barədə qərar veriləcək. Bundan sonra bu pasportu tətbiq edəcəyik. Babil prinsipinə uyğun hansı qərarlar qəbul edilə bilər, bu barədə ictimaiyyətə açıqlama veriləcək".


Azərbaycanda "COVİD 19" pasportu tətbiq ediləcəkmi?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
    Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.
     02.07.2020
     Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ