Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:19.05.2022 15:50:39

Bu il Azərbaycandan həcc ziyarətinə gedən şəxslərdən koronavirus əleyhinə hansı peyvəndin tələb olunacağı açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, ölkəmizdə COVID-19 əleyhinə istifadə olunan bütün peyvəndlər Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilir.

QMİ-yə daxil olan məktubda peyvəndlərin adları təqdim olunub.

Həmin sənədlərdə Azərbaycanda istifadə olunan “SinoVac”, “Pfizer/Biontech”, “Sputnik”, “AstraZeneca” peyvəndlərinin adları var. Peyvənd olunan 65 yaşa qədər insanlar həcc ziyarətinə gedə biləcəklər.

Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır.

Məsələn, bir şəxs həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o gedə bilməyəcək.

Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, hotel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.


Azərbaycanda Həcc ziyarətinin təşkili qaydalarına dəyişiklik edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
     2.07.2022
    DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
    Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçirilən buraxılış və qəbul imtahanında abituriyentlər arasında maksimal 700 bal toplayanların olmaması məsələsinə münasibət bildirib/
     2.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ