İrandan Azərbaycana narkotik maddə keçirmək istəyi 31 yaşlı kişinin ölümünə səbəb olub.

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyi 31 yaşlı kişinin ölümünə səbəb olub.
ONA xəbər verir ki, hadisə Astara gömrük-sərhəd keçid məntəqəsində baş verib. Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Bağırov Qabil İsmayıl oğlunun halı qəfildən pisləşib və dünyasını dəyişib.
İlkin məlumata görə, onun daxili orqanında gizlətdiyi narkotik vasitə zəhərlənməyə səbəb olub. Q.Bağırovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə verilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda kino kimi hadisə: İranla sərhəddə tragikomik ölüm