1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:31.07.2020 20:32:56

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

İslamazeri.com xəbər verir ki, Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqlamasına görə,  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfər müalicə olunaraq sağalıb, 448 nəfər vəfat edib, 5 548 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789, ötən müddət ərzində isə ümumilikdə 724 953 test aparılıb. 

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  81.19 % faizi sağalıb. Yoluxanlardan 17.4 faiz aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların -  yəni  31560 nəfərin 1.41 faizi ( 448 nəfər) dünyasını dəyişib. Son günlər Azərbaycanda koronavirusdan sağalma sayı və tempi, yoluxma sayı və tempindən daha çoxdur.


Azərbaycanda koronavirusdan sağalanların sayı 81 faizi keçdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan ruhaniləri ölkə ərazilərinin işğalının ildönümünə həsr olunmuş tədbir keçirib - FOTO
    Bu gün, Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Alulbeyt” Dini Mədəniyyət Mərkəzində Gürcüstan ərazilərinin işğalının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
     08.08.2020
    Azərbaycanda məscidlər nə vaxt açılacaq? - Brifinqdə sual verildi...
    "Bu günkü reallıq nəzərə alınmaqla, təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”.
     08.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ