EURO 1,8968 TRY 0,2888
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:16.01.2019 15:50:55

Hava ilə əlaqədar yanvarın 17 və 18-də məktəblərdə dərs olmayacaq - ƏMR VERİLDİ

Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Təhsil Nazirliyindən İslamazeri.com-a verilən məlumata görə, əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır. Bununla bağlı bütün tədbirlər təxirə salınır.

Təhsil nazirinin sektor müdiri Cəsarət Valehov bildirib ki, bütün təlim-tərbiyə işlərinin təxirə salındığı müəssisələrə bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri daxildir. Eyni zamanda istər dövlət, istər özəl təhsil müəssisələri, istərsə də uşaq bağcaları da bu siyahıya daxildir:

"Məktəblərdə keçiriləcək tədbirlərə orta ixtisas, ali məktəblərdə istənilən növ tədris tədbirləri - dərs, imtahan, kollokvium və sair daxildir".


Azərbaycanda məktəblər bağlandı - 2 gün DƏRS OLMAYACAQ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Sevinc” kinoteatrı ilə bağlı Əmlak Komitəsindən açıqlama
    “Əmlak özəlləşən zaman profili saxlamaq şərti olmayıb”
     25.04.2019
    Bakı-Gəncə sürət qatarında nə baş verir?
    Bakıdan Gəncəyə gedən 702 saylı sürətli sərnişin qatarı Yevlax stansiyasında dayanıb.
     25.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ