EURO 1,897 TRY 0,2815
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:23.04.2019 22:50:29

Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.

Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.

Axar.az xəbər verir ki, icma üzvləri Şri-Lankadakı kilsələrə terror hücumları fonunda xristianlarla həmdərd olduqlarını nümayiş etdiriblər. Müsəlman gənclər kilsənin həyətində Həzrət Məryəmin heykəli önünə güllər qoyublar.

İcma nümayəndələri kilsənin ruhanisi yepiskop Vladimir Fekete ilə görüşərək başsağlığı veriblər. Bildirilib ki, terror aktı yalnız xristianlara deyil, qəlbində Allaha inam və sevgi olan hər kəsə qarşı törədilib. Bu ağır günlərdə inanclı insanlar dinindən asılı olmayaraq bir-birinin yanında olmalı və insanlığı qardaş qırğınına sürükləyənlərin müqabilində vəhdət nümayiş etdirməlidirlər. Azərbaycanda müsəlmanlarla xristianlar hər zaman sülh və qardaşlıq mühitində yaşayıblar, bundan sonra da belə olacaq. Dünyanın hər hansı hissəsində bir kilsəyə hücum olursa, bunu öz məscidimizə hücum kimi dəyərləndiririk. Bu gün icmanızın simasında Kolombodakı terror qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verməyə gəlmişik. Bu, hamımızın acısıdır.

Yepiskop Vladimir Fekete başsağlığına görə minnətdarlığını bildirib. O, müxtəlif din nümayəndələrinin birliyinin çox mühüm olduğunu vurğulayıb.

Sonda terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.


Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran soğan ixracına qadağanı ləğv etdi
    İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin göstərişi ilə soğan ixracına qadağa ləğv olunub
     21.05.2019
    Azərbaycan Xalq Hərəkatının fəalları polisə aparılıb
    Azərbaycan Milliyətçi Demokrat Partiyasının (AMDP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü İlyas Abdullayev mayın 18-də saxlanılıb
     21.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ