1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.03.2020 18:06:43

Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə martın 23-dən xüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılır.

Bu barədə "Report"a Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, bu gündən başlayaraq aprelin 30-dək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkəmizdə olmaları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcək.

Müraciətlərlə bağlı qəbul edilmiş qərarların hüquqi qüvvəyə minməsi, şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən rahat giriş-çıxış etmələri, gələcəkdə ölkə ərazisində qanunsuz miqrant vəziyyətinə düşməsi və müvafiq məsuliyyətə cəlb edilməsinin qarşısının alınması üçün dövlət rüsumunun ödənilməsi vacib tələbdir.

Ödəniş Dövlət Miqrasiya Xidmətinin internet səhifəsi üzərindən “müraciəti izlə” bölməsi vasitəsilə ödəniş nömrəsini əldə etməklə Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi vasitəsilə elektron qaydada və Expresspay terminalları vasitəsilə həyata keçirilə bilər. Ödəniş nömrələri üç gün ərzində Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdiriləcəkdir.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək zərurəti yoxdur. Bununla bağlı şəxslərdən Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrinə yaxınlaşmamaları tövsiyə edilir. Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur.


Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərlə bağlı açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstan ruhaniləri ölkə ərazilərinin işğalının ildönümünə həsr olunmuş tədbir keçirib - FOTO
    Bu gün, Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Alulbeyt” Dini Mədəniyyət Mərkəzində Gürcüstan ərazilərinin işğalının 12-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
     08.08.2020
    Azərbaycanda məscidlər nə vaxt açılacaq? - Brifinqdə sual verildi...
    "Bu günkü reallıq nəzərə alınmaqla, təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”.
     08.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ