1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:20.03.2019 10:20:21

Azərbaycanda bahar bayramı - Novruz qeyd olunur

İslamazeri.com xəbər verir ki, Azərbaycanda bahar bayramı - Novruz qeyd olunur.  Yazın ölkəmizə gəlişi martın 21-i saat 01:58-də baş verəcək.

 "Novruz" fars sözü olub, "yeni gün" deməkdir. Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir.

 Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

 Qurani-Kərimdə Novruz və İslam bayramlarına işarə olunmasa da, İslam rəvayətlərindən bəzisində bayram ünvanı ilə qeyd olunmuş mühüm günlər təriflənmiş və ona hörmət edilməsi qeyd edilmişdir. Bayram sözünə Qurani-Kərimdə yalnız bir dəfə, Maidə surəsinin 114-cü ayəsində, rast gəlirik: Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir süfrə nazil et ki, o bizim üçün həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».

Bayram xeyir və bərəkət günüdür və müqəddəs İslam şəriətində Qurban və Fitr günləri bayram adlandırılmışdır. Qurban və Fitrdən əlavə cümə və Qədir-xum günləri də İslam hədislərində bayram ünvanı ilə qeyd olunmuş ən mühüm günlərdir və bu günlərin hər birinin özünə məxsus müştərək və xüsusi mərasimləri vardır.

 Şeyx Tusi: «Misbahul-mutəhəccid» kitabında bir hədis nəql edir: İmam Sadiq (ə) Novruz günündə buyurdu: «Novruz günü qüsl et, təmiz paltar geyin, özünü ətirlə və o günü oruc tut. Zöhr və əsr namazlarının nafilələrini yerinə yetirdiyin zaman 4 rəkətli namaz qıl. Onun 1-ci rəkətində «Həmd» və 10 dəfə «Qədr» surələrini, 2-ci rəkətində «Həmd» və 10 dəfə «Kafirun» surələrini, 3-cü rəkətində «Həmd» və 10 dəfə «Tovhid» surələrini və 4-cü rəkətdə «Həmd», «Fələq» və «Nas» surələrini de. Namazdan sonra şükr səcdəsini yerinə yetirib, dua et. Bu tərtiblə 50 illik günahların bağışlanar».

Bunu da OXU - İslam Dininin Novruz bayramına münasibəti - ƏTRAFLI


Azərbaycanda Novruz bayramı qeyd olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda reallıq: Qumara aludə olan gizir pulemyot və qumbaraları satırmış...
    İsrail Ordusu güclü olduğunu dünyaya yeritsədə, reallıq ordudakı xaos, özbaşnalıq və ruh düşkünlükdən başqa bir şey deyil
     19.07.2019
    İnqilab Keşikçilərinin Baş Komandanı: Səhv edərlərsə strategiyamızı dəyişib - müdafiədən hücuma keçəcəyik
    "İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır."
     19.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ