1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:04.09.2019 21:37:16

Son 14 il ərzində Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb.

Son 14 il ərzində Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb.

İslamazeri.com Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı artaraq 48 685-ə yüksəlib.

2017-ci ildə bu say 45 756, 2015-cı ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.

2018-ci ildə ölkədə 11 123 nəfərə ilk dəfə onkoloji diaqnoz qoyulub ki, bu say da 2005-ci ildə 6 277 olub.

2005-ci ildə əhalinin hər 100 000 nəfərinin 74,9 nəfərinə ilk dəfə onkoloji diaqnoz qoyulduğu halda, 2018-ci ildə bu say da artaraq 113,3 olub.

Ötən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 5 468-i kişi, 5 655-i qadın olub. Keçən il ilk dəfə onkoloji diaqnoz qoyulanların 103-ü yaşı 13-dək olan uşaqlar, 21-i 14-17 yaşlı uşaqlar, 243-ü 18-29 yaşlı gənclər, 254-ü 30-34 yaşlı, 366-sı 35-39 yaşlı insanlardır. Onkoloji diaqnoz qoyulan insanların böyük hissəsi yaşı 40-dan çox olanlardır.

Keçən il 4 836 nəfər 40-59 yaşlı, 5 300 nəfər 60 və yuxarı yaşlı insana ilk dəfə onkoloji diaqnoz qoyulub.

Ötən il onkoloji diaqnoz qoyulanların çoxuna (1 799) süd vəzisinin bədxassəli şişi diaqnozu təyin edilib.

Ötən il 1 341 nəfərə traxeya, bronx, ağciyərin, 1 211 nəfərə mədənin, 426 nəfərə qida borusunun, 201 nəfərə ağız boşluğunun və udlaq vəzinin bədxassəli şişi diaqnozu qoyulub.


Azərbaycanda onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ