1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:15.09.2018 09:55:08

Vahid Əhmədov: “Bu, ölkə prezidentinin səlahiyyətində olan işdir, amma istənilən vaxt bu məsələyə qayıdıla və baxıla bilər”

Azərbaycanda pensiya yaşı artıq xeyli vaxtdır qadınlar üçün 63-ə, kişilər üçün 65-ə qaldırılıb. Pensiya yaşının artırılmasında o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun apardığı “islahatlar”ın ciddi rol oynadığı dəfələrlə mediada yazılıb. İnsanlar arasında hələ də bu cür fikirlər var ki, bu tipli təkliflərin müəllifi məhz sabiq nazir idi.

Artıq bir neçə aydır Səlim Müslümov vəzifəsindən uzaqlaşdırılıb. Bəs bundan sonra Azərbaycanda pensiya yaşı həddinin azaldılması və əvvəlki vəziyyətinə qaytarılması mümkünmü?

Millət vəkili Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, pensiya yaşının qadınlar üçün 63-ə, kişilər üçün isə 65-ə qaldırıldığı zaman məsələnin müzakirəsində müəyyən təkliflər, müəyyən tərəddüdlər olub. Yaş həddinin qaldırılmasının əleyhinə çıxış edən millət vəkilləri də olub. Lakin səsvermədə yaş həddinin artırılması təklifi daha çox səs qazanıb və qanun qəbul edilib: “Yəni biz o zaman da öz sözümüzü dedik. Amma qanun qəbul edildi və yaş həddi artırıldı. Qanun qəbul olundusa, deməli, icraya getməlidir və getdi də. Rusiya indi pensiya yaşını 65-ə qaldırmaq istəyir. Hələ ki hökumətin irəli sürdüyü təklif layihə olaraq qalsa da gündəlikdən də rəsmən çıxarılmayıb. Ölkədə mitinqlər keçirilir, ictimai etiraz müşahidə olunur. Bu səbəbdən hələ ki hökumət gözləmə mövqeyi seçib.

Ümumiyyətlə pensiya yaşı həddinin 65-ə qaldırılması ilə əlaqədar dünya təcrübəsi var. Müəyyən dövlətlərdə məhz bu cürdür. Azərbaycanda da bir sıra məsələləri əsas göstərib pensiya yaşını qaldırmışdılar. Mən o vaxt da öz sözümü demişəm, indi də deyirəm ki, ümumiyyətlə, yaş həddinin 65-ə çatdırılması Azərbaycan əhalisi arasında müəyyən problemlər yaradır. İnsanlar gözləyir ki, 60 yaşında təqaüdə çıxacaq, birdən-birə yaş həddi 65 qaldırılır və bu istər-istəməz problem yaradır".

Vahid Əhmədov vurğuladı ki, pensiya yaşının azaldılması ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Amma istənilən vaxt bu məsələyə qayıdıla və baxıla bilər: “Şəxsən mən hesab edirəm ki, pensiyaya çıxmaq üçün yaş həddinin 65-ə qaldırılması müəyyən qədər problemlər yaradır əhali arasında. Azərbaycanda yaş həddinin artırılması pensiya sistemində gedən islahatlarla əlaqədar oldu.

Yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. Yəqin ki, yeni nazir bu sahəni araşdırır və pensiya yaşı ilə bağlı təkliflər səsləndirə bilər. Yəni nazirin bu cür təklif irəli sürmək səlahiyyəti var. Pensiya yaşının azaldılması ilə bağlı ciddi təklif ola bilər. Yəni bu məsələ sadə məsələ deyil. Təklif hökumətdən gəlməlidir. Bundan sonra təklifə Milli Məclisdə baxıla bilər. Son və həlledici qərarı isə prezident verir".


Azərbaycanda pensiya yaşı azaldıla bilərmi...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə-Rusiya razılığına Nəsrullahdan REAKSİYA
    "Hizbullah" lideri Nəsrullah İdlibə dair müqavilənin yaxşı və məqbul olduğunu deyib.
     22.09.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ