1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:18.05.2019 19:33:03

“Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır”.

“Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır”.

“Report” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qadınların rəhbər vəzifələrdə çalışdığı ölkələr hər zaman inkişaf edir: “Azərbaycanda elə sahələr var ki, orada işləyən qadınların sayı kişilərin sayından çoxdur. Məsələn, təhsil, mədəniyyət və səhiyyə sahəsində qadınların sayı hər zaman çox olub. Amma yüksək vəzifələrdə daha çox kişilər çalışırlar. Bu da qadınlar arasında özünəinam hissini azaldır”.

Dövlət Komitəsinin sədri Azərbaycan cəmiyyətində qadınların, o cümlədən gənc qızların xüsusi yer tutmasını arzuladığını söyləyib: “Çünki əhalinin yarısını qadın cinsinin nümayəndələri təşkil edir və qadınlar ölkədə baş verən bəzi proseslərdə iştirak etməsələr, hansı inkişafdan söhbət gedə bilər?! Gender anlayışı təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bəzi ölkələrində də düzgün başa düşülmür".


Azərbaycanda qadınların daha çox çalışdığı sahələr açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tokayevdən Trampa Çin mesajı
    ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
     18.06.2019
    Gürcüstanda məktəbdə yanğın
    Gürcüstanda məktəbdə yanğın baş verib
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ