1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.05.2019 12:31:59

Azərbaycanda qadınların Milli Məclisdə və seçkili orqanların bütün səviyyələrində sayının artırılması üçün mütləq kvotanın tətbiqi təklif edilir.

Azərbaycanda qadınların Milli Məclisdə və seçkili orqanların bütün səviyyələrində sayının artırılması üçün mütləq kvotanın tətbiqi təklif edilir.

İslamazeri.com Trend-ə istinadən xəbər verir ki, bu təklif Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb.

Layihədə mütləq kovatanın tətbiqi məsələsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclis tərəfindən 2021-ci ilədək nəzərdən keçirilməsi tövsiyə edilir.

Hesab olunur ki, Azərbaycanda müvəqqəti mütləq kvotanın tətbiqi yolu ilə qadınların Milli Məclisdə və aşağı səviyyəli seçkili orqanlarda daha böyük sayda təmsil olunmasına dəstəyin verilməsi məsələsini nəzərdən keçirmək lazımdır. Çünki 1990-cı ilədək seçki orqanlarının üzv yerinin minimum 33 faizinin qadınlara şamil edilməsini tələb edən kvota mövcud idi. 1989-cu ildə milli parlamentdə qadınların sayı parlamentin ümumi üzvlərinin 40 faizini təşkil edirdi. 1991-ci ildə parlamentdə qadınların sayı 4,3 faizə düşdü. Sonrakı illərdə bu rəqəmin artmasına baxmayaraq, qadınların təmsilçilik faizi yenə də Avropa ölkələri ilə müqayisədə aşağıdır.

Azərbaycanda məcburi kvotaların tətbiq edilməsi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün fomalarının ləğv ediməsi üzrə Komitəsi (CEDAW) tərəfindən də tövsiyə edilib. Bu isə qadınları 1990-cı ildən əvvəl olduğu kimi ayrılmış minimal saydan daha çox yerlər üçün seçkiyə qatılmaqdan məhrum etmir.


Azərbaycanda qadınlarla bağlı TƏKLİF: 2021-ci ilədək...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ