EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:12.07.2018 20:30:11

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Rüstəm Xəlilov bildirib.

“Azərbaycanda sosial şəbəkələrə nəzarət edilməlidir. Çünki Azərbaycanı istəməyən qüvvələr sosial şəbəkələr üzərindən təxribat yaratmaq və dövlət əleyhinə radikal çağırışlar etməyə cəhdlər edirlər”.

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Rüstəm Xəlilov bildirib.

Deputat deyib ki, Azərbaycanda sosial şəbəkələrin sərbəst fəaliyyəti insanlarda sui-istifadəyə səbəb olmamalıdır:
“Hər kəs öz əməlinə məsuliyyətlə yanaşmalıdır. Əgər sosial şəbəkələrdə kimsə kimisə təhqir edir və ya dövlət əleyhinə çağırışlar edirsə, o, mütləq bunun məsuliyyətini daşımalıdır. Azərbaycan hüquqi dövlətdir. Cənab prezident ölkədə demokratik şərait üçün bütün imkanları yaradırsa, sosial şəbəkələrdə insanlar öz fikirlərini azad deyə bilirsə, bu o demək deyil ki, bəzi adamlar bundan sui-istifadə edib dövlət əleyhinə terror və radikal çağırışlar etməlidir. Bunun üçün də mütləq sosial şəbəkələrə nəzarət olmalıdır. Mən bu fikrimi əvvəllər də demişəm. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial şəbəkələri nəzarətsiz qoymaq olmaz. Ümumiyyətlə, hər sahəyə nəzarət olmalıdır”.

R.Xəlilov əlavə edib ki, Azərbaycanda sosial şəbəkələr vasitəsilə qeyri-qanuni çağırışlar yolverilməzdir.


“Azərbaycanda sosial şəbəkələrə nəzarət olunmalıdır” - Deputatdan ÇAĞIRIŞ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu
    “700 bal topladığımı biləndə inanmadım”.
     21.07.2018
    Çin: İrana qarşı olan birtərəfli sanksiyaların qəti əleyhinəyik
    Çin Ticarət Nazirliyi Pekin rəhbərliyinin İrana tətbiq ediləcək birtərəfli sanksiyalara qarşı olduğunu, İran ilə əməkdaşlığa davam edəcəklərini açıqlayıb.
     21.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ