1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:15.05.2019 19:45:25

İDİ Azərbaycanda təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı hesabat yayıb

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupu 2018-ci ildə Azərbaycanda baş verən təqsirsizlik prezumpsiyası ilə bağlı pozuntuların statistikasına və müqayisəli təhlilinə dair hesabat təqdim edib.

Hesabat 2018-ci il ərzində Trend.az, Qafqazinfo.az, Musavat.com internet mediası saytarı və dövlət qurumunun informasiya orqanı olan Mia.gov.az saytı olmaqla, ümumilikdə, dörd saytın paylaşdığı xəbərlərin media monitorinqinin aparılması nəticələrinə əsasən hazırlanıb.

Media monitorinqinin aparılması üçün əvvəlcədən yerli və beynalxalq qanunvericiliyə, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarındaki mövqeyinə əsasən meyarlar (şəxslərin məhkəmə qərarı olmadan cinayətkar kimi təqdim olunması) müəyyən edilib. Bu meyarlara uyğun gəlməyən xəbər paylaşımları pozuntunun mövcud olduğu hallar kimi qiymətləndirilib.

Hesabatda deyilir ki, monitorinq nəticəsində dörd sayt üzrə qeydə alınan 5104 pozuntunun ən yüksək göstəricisi 1376 fakt olmaqla Qafqazinfo.az saytının payına düşür.

“1340 pozuntu faktı Trend.az-ın, 1309 pozuntu faktı isə Musavat.com-un monitorinqi zamanı qeydə alınıb. Monitorinqi aparılan saytların arasında ən aşağı göstərici isə 1079 pozuntu faktı ilə dövlət qurumunun informasiya orqanı olan Mia.gov.az saytında müşahidə olunub.”

Nəticələrin təhlili zamanı üç internet media qurumunun il ərzində paylaşdığı xəbərlərin bir çoxunda Mia.gov.az saytına istinad etsələr də, yol verdikləri pozuntuların ortalaması 1341 olmaqla, Daxili İşlər Nazirliyinin rəsmi saytı Mia.gov.az-ın il ərzində yol verdiyi 1309 pozuntu faktından daha çox olduğunu görünür.

“Bu da internet media saytlarının xəbərləri paylaşarkən müəyyən təhrif etmələrə yol verməsini, bununla da pozuntu faktlarına yol açmasının göstəricisidir,” sənəddə qeyd edilir.

Sənəddə adları göstərilən qurumlar hesabata hələ münasibət bildirməyib. (VOA)


Azərbaycanda təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı hesabat yayımlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bill Geyts yenə “kasıbladı”: Milyarderlər siyahısındakı yeni yeri
    "Bloomberg" milyarderlə bağlı yeni məlumat yayıb.
     17.07.2019
    İran xarab xarici tankeri öz sularına çəkdi: “Lazımi yardım ediləcək”
    İran XİN rəsmisi məsələ ilə bağlı danışıb.
     17.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ