1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:13.09.2019 14:13:03

"Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr neft-qaz sənayesi, tikinti və xidmət sektorudur".

"Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr neft-qaz sənayesi, tikinti və xidmət sektorudur".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində çalışan əcnəbi ekspertlər də var: "Azərbaycanda xaricilərin fəaliyyəti ilə bağlı kvotalar mövcuddur. Kvotalara uyğun olaraq da Azərbaycanda işləmək istəyən şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının rəylərini almaqla onlara iş icazələri verir. Eyni zamanda konkret olaraq iş yerləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid vakansiya bazası mövcuddur. Hazırda həmin vakansiya bazasının elektronlaşdırılması üzərində işlər yekunlaşmaq üzrədir. Biz tezliklə həmin sistemi vətəndaşların və Azərbaycanda fəaliyyət göstərən əcnəbilərin istifadəsinə verəcəyik".


Azərbaycanda xarici vətəndaşların daha çox işlədiyi sahələr açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakı-Şamaxı-Yevlax yolunda mikroavtobus qəzaya uğrayıb, 4 nəfər xəsarət alıb
    İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
     13.10.2019
    Köhnə maşını olanların DİQQƏTİNƏ! - Bunlar qadağan ediləcək
    "Köhnə maşınların tezliklə sıradan çıxarılması gündəmdədir".
     13.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ