EURO 1,8427 TRY 0,2563
USD 1,7 RUB 0,022
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:09.02.2020 11:39:08

Amerikaya göndərilən narkotik vasitənin Azərbaycanın gömrük sərhəddindən keçirilməsi cəhdinin qarşısı alınıb.

İslamazeri.com xəbər verir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə Amerikaya göndərilən narkotik vasitənin Azərbaycanın gömrük sərhəddindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu haqda Azərbaycan Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycanın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycandan Amerika Birləşmiş Ştatlarına göndərilən, içərisində 3,5 kiloqram şirniyyat olduğu göstərilən poçt bağlamasına baxış zamanı 3 ədəd polietilen paketdə xurmaların içərisində narkotik aşkarlanıb.

"Müəyyən olunub ki, qaçaqmalçılar 'unikal' gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə - tiryək aşkarlanıb," Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.


Azərbaycandan Amerikaya poçtla tiryək göndərmək istədilər - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda koronavirus: 3 hərbçi yoluxdu, 100 hərbçi karantinə alındı
    İsrail Ordusu virusun daha böyük əhatəyə sahib olacağından narahatdır
     04.04.2020
    Rusiya bütün uçuşları dayandırmaq istəyir
    Hökumət xaricdə ilişib qalan vətəndaşlarının müvəqqəti qalma haqqını ödəmək üçün Xarici İşlər Nazirliyinə 500 milyon rubl ($6.5 milyon dollar) ayırdığını bildirib.
     04.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ