EURO 1,8751 TRY 0,287
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:29.05.2019 02:42:45

Təqdimatın sonunda “www.yeddi.az” saytında “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsverməsinə start verilib.

Azərbaycanda ilk olan “Azərbaycanın 7 möcüzəsi” layihəsinin məqsədi cəmiyyətdə vətənpərvərlik hisslərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, Azərbaycan tarixinin mübahisəli və təhrif edilmiş faktlarını dövrün tarixi abidələri fonunda öyrənərək araşdırmaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqət yönəltməkdir. 

Həmçinin “Azərbaycanın 7 möcüzəsi” layihəsi ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoyub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, ictimai-siyasi xadimlərin, xarici səfirliklərin nümayəndələrinin, elm adamlarının, tanınmış mədəniyyət və incəsənət ustalarının, eləcə də digər peşə sahiblərinin qonaq olduğu tədbir çox maraqlı anlarla yadda qaldı. Xüsusi olaraq hazırlanan, layihənin mahiyyətini əks etdirən məkanın dekorasiyasında tariximizi əks etdirən atributlar, mənəvi dəyərlərimizi ifadə edən geyimlər xüsusi diqqət çəkdi. Bunlardan əlavə, məkanın interyerində hazırlanan qala maketi və üzərində insan təsvirlərinin əks olunduğu iri qaya daşları qonaqları məkana daxil olarkən tam fərqli hisslərə bürüyüb, keçmişə kökləyib.

Tədbirdə çıxış edən “Nature and History Production”ın rəhbəri Hikmət Nağdəliyev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihə haqqında öz fikirlərini bölüşdülər.

Təqdimatın sonunda “www.yeddi.az” saytında “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsverməsinə start verilib. Tədbirə dəvət olunan qonaqlar daha sonra qədim musiqi alətlərindən ibarət ansamblın çıxışlarını dinləyiblər.


“Azərbaycanın 7 möcüzəsi” təqdim olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Jurnalistlər həmkarlarının azadlığa buraxılmasını istəyirlər
    Ötən il məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli sosial şəbəkələrdə onun səhhətinin ağırlaşması barədə məlumat yayıb
     16.10.2019
    KOBİA türkdilli ölkələrin biznes forumu çərçivəsində əməkdaşlığa dair 9 sənəd imzalayıb
    Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda keçirilən türkdilli ölkələrin biznes forumu çərçivəsində əməkdaşlığa dair 9 sənəd imzalayıb.
     15.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ