Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.05.2022 15:42:23

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində iki ölkə arasında yeni layihələrin icrası, həmçinin İran vasitəsilə Naxçıvana kommunikasiya bağlantılarının yaradılması müzakirə edilir.

İslamazeri.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dovlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir: “Səfər çərçivəsində iqtisadi münasibətlər, o cümlədən İran vasitəsilə Naxçıvana logistika, kommunikasiya bağlantılarının yaradılması da müzakirə edilir”.

Səfir vurğulayıb ki, iki ölkənin tranzit potensialları böyükdür: “Biz istəyirik ki, Azərbaycan və İranın bu sahədə rolu daha da artsın”.

O əlavə edib ki, Azərbaycanla İran arasında daha iki sərhəd-keçid məntəqəsi açılacaq: "Həmin sərhəd-keçid məntəqələri Xudafərin və Parsabaddır: “Azərbaycanla 4 sərhəd-keçid məntəqəmiz (Astara, Culfa, Biləsuvar və Şaxtaxtlı) var. Hazırda bu sərhədlər vasitəsilə gediş-gəliş həyata keçirilir”.

Xatırladaq ki, 2021-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 440 milyon 810 min ABŞ dolları təşkil edib. İrana ixrac 43 milyon 287 min ABŞ dolları, idxal isə 397 milyon 523 min ABŞ dolları təşkil edib.

2022-ci ilin 4 ayında isə 165 milyon 718 min ABŞ dolları təşkil edib. İrana ixrac 15 milyon 631 min ABŞ dolları, idxal isə 150 milyon 087 min ABŞ dolları təşkil edib.


"Azərbaycanla İran arasında daha iki sərhəd-keçid məntəqəsi açılacaq"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi Pekin: Tayvandakı gərginliyin yeganə səbəbkarı ABŞ-dır
    Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian, Tayvan boğazındakı gərginliyə ABŞ-ın səbəb olduğunu bildirərək, "ABŞ tərəfi bunun bütün məsuliyyətini və ciddi nəticələrini öz üzərinə götürməlidir", - deyib.
     9.08.2022
    Biləsuvarda 3 kəndin elektrik şəbəkəsi yenidən qurulur
    İşlərə başlanan gündən indiyə qədər kəndlərdə 10 ədəd komplekt transformator məntəqəsi tikilib, 196 ədəd 10 kV-luq, 1000 ədəddən çox 0,4 kV-luq elektrik xəttini daşıyacaq dirəklər basdırılıb.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ