EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:23.03.2019 23:29:00

"Onlar vaxtlı-vaxtında peyvənd olunur, həmçinin, qısırlaşdırma işi aparılır"

Xaçmaz rayon sakinləri Hava və Nailə Rüstəmli bacıları küçə itləri üçün sığınacaq qurublar. Yergüc kəndində yerləşən bu sığınacaqda 100-ə yaxın it saxlanılır.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Hava Rüstəmli hələ uşaq yaşlarından sığınacaq qurmaq arzusunda olduğunu və heyvanlara qayğı göstərmək istədiyini deyib: "Uşaqlıqdan heyvanlara şiddətə qarşı olmuşam. Onlara diqqət və qayğımı əsirgəməmişəm. Harada xəstə heyvan görürdüksə, atamın köməyi ilə Bakıda müalicə etdirir, lazım olanda əməliyyat belə, etdirib sahiblənirdik. Sonra gördük ki, bu heyvanları evdə saxlaya bilmirik. Ona görə ferma kirayələdik".

"Üç il əvvəl fermada 5-6 it saxlayırdıq. Hazırda isə 100-ə yaxın it var. Zamanla itlərə sahib çıxmaq istəyənlər olur. Müraciət edirlər və biz də onlara istədikləri iti veririk. Bu günə qədər verdiyimiz itləri də saxlasaydıq, sayları 500-dən çox olardı. Sığınacaqdakı itlərə öz maliyyəmizlə baxırıq. Hazırda fermada itlərə baxan bir nəfər işçimiz var" - deyə o bildirib.

Ферма в селе Йергюдж для бездомных собак
© SPUTNİK / LEYLA ABDULLAYEVA
Sığınacaqdakı heyvanlar

Gənc heyvansevər xanım məqsədlərindən, maliyyə problemlərindən, üzləşdikləri çətinliklərdən və vətəndaşlardan gözlədikləri köməklikdən də danışıb: "Rayon sakinləri harada xəstə heyvan görürlərsə, bizimlə əlaqə saxlayırlar. Biz də həmin heyvanı öz hesabımıza müalicə etdirib sığınacağa yerləşdiririk. Məqsədimiz bu heyvanların normal yaşayış tərzini bərpa etmək, rayon sakinlərinin isə şəhərdə qorxusuz, rahat gəzmələrinə kömək etməkdir".

H.Rüstəmli bu işlərinin cəmiyyət üçün də faydalı olduğunu düşünür: "Çünki bu heyvanlara sahiblənərək, müəyyən xəstəliklərin cəmiyyətə yayılmasının qarşısını almış oluruq. Sığınacaqdakı heyvanlar vaxtlı-vaxtında peyvənd olunur. Həmçinin, qısırlaşdırma işi aparılır".

"Heyvanlara baxmaq üçün, əlbəttə ki, kifayət qədər maliyyə lazım olur. Əsas çətinliklərimiz də budur. İtlərə gün ərzində iki dəfə qida verilir. Qidalar isə yararsız ətlərdən hazırlanır. Kiloqramı 30 qəpikdən olmaqla, gündəlik 200 kiloqram ət alırıq. Bu isə hər ay 1000 manat deməkdir. Digər tərəfdən, bala itlərə süd, qatıq kimi ağartı məhsulları veririk. Fermanın aylıq kirayəsi də üzləşdiyimiz maliyyə problemlərindəndir" - o vurğulayıb.

Ферма в селе Йергюдж для бездомных собак
© SPUTNİK / LEYLA ABDULLAYEVA
Sığınacaqdakı heyvanlar

Bacılar insanlardan, əsasən, sosial şəbəkə vasitəsilə köməklik istəyirlər: "Yardımsevər dostlardan bəziləri, az da olsa, köməklik edirlər. Yardım etməyənləri də qınamırıq, çünki bizi tanımırlar, həqiqətən də heyvan saxladığımızı bilmirlər".

Nailə xanımın dediyinə görə, əsas problemləri fermanın rayondan və şəhərdən kənarda yerləşməsidir: "Vətəndaş köməyindən məhrum olmağımızın digər səbəbi də fermanın regionda yerləşməsidir. Çünki heyvanlara yardım etmək istəyənlərin çoxu Bakıda yaşayanlardır. İnsanlardan gözlədiyimiz əsas köməklikdən biri gündəlik evlərində artıq qalan yeməklərini, çörəklərini gətirib itlərə vermələridir. Bu olsa, itlərə ət almağımıza ehtiyac qalmaz və maliyyə problemlərdən biri həll olunar".

 

Bacıların sözlərinə görə, əvvəllər 2-3 dəstəkçiləri olsa da, indi onlardan biri qalıb: "Sağ olsun, fermanın kommunal ödənişlərini edir. Yerdə qalan bütün maliyyə xərclərini özümüz qarşılayırıq. Bəzən olur ki, işçimizin aylıq əmək haqqını verə bilmirik. O da anlayışlı insandır, vəziyyəti başa düşür, bizi tərk etmir".

Hava Rüstəmli ümid edir ki, onlara köməklik edəcək şəxslər mütləq olacaq. Nəticədə də bacılar bu yolda fəaliyyətlərini daha da artıracaqlar.

İtlərlə köməklik göstərmək və yaxud yolda gördükləri yaralı itlər barədə xəbər etmək istəyən şəxslər bu nömrələrlə əlaqə saxlaya bilərlər: 055 751 65 05


Azərbaycanlı bacıların sahibsizlər sığınacağından reportaj: Yardım etmək istəyən varmı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail işğal edilmiş ərazidə “Tramp” adlı qəsəbə salacaq
    İsrail rejiminin Baş naziri Qolan yüksəkliklərindən səyahət edir.
     24.04.2019
    İslam Respublikasında 3 ayda 581 dinc insan həlak olub
    Bu haqda BMT-in Əfqanıstana yardım üzrə Missiyasından məlumat veriblər.
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ