EURO 1,9377 NEFT 67,39
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:29.06.2018 00:52:39

Rusiya XİN hərbi əməliyyatların getdiyi ərazilərdəki Azərbaycan və Rusiya vətəndaşları ilə bağlı vəziyyəti şərh edib.

Mayın 29-da anası Azərbaycan, atası Rusiya vətəndaşı olan iki azyaşlı uşağı İraq Kürd Muxtar Vilayətinin yardımı və Rusiya baş konsulluğunun dəstəyi ilə İraqdan çıxarmaq mümkün olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiyanın baş konsulluğu İraq Kürd Muxtar Vilayətinin yardımı ilə iki azyaşlı rusiyalını - 2013-cü il təvəllüdlü Qalidova Sofya Hacımurad qızını və 2015-cü il təvəllüdlü Qalidova Seyma Hacımurad qızını geri qaytara bilib. Onların ata və anası hazırda İraq Kürd Muxtar Vilayətinin Terrorizmlə Mübarizə Xidmətinin istintaq təcridxanasında saxlanılır. Onların radikal terror qruplaşması olan İŞİD-in terror fəaliyyətində iştirak edib-etmədikləri araşdırılır.

"Ana Rusiya Federasiyasının vətəndaşı olan üçüncü uşağını özü ilə saxlamağa qərar verib. Bacılar isə İraqdan vətənə atalarının valideynlərinin yanına yola salınıb. Baş konsulluq onların Ərbilə gəlməsinə kömək edib" - deyə Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, yerli hökumətin məlumatına görə, ailənin kiçik oğlu - Qalidov Yusif Hacımurad oğlu hazırda valideynləri ilə birlikdə İraq həbsxanalarında olan yeganə yetkinlik yaşına çatmayan Rusiya vətəndaşıdır.

"Rusiyanın Xarici İşlər Nazirliyi hərbi əməliyyatların getdiyi ərazilərdəki Rusiya vətəndaşları ilə bağlı vəziyyəti sıx şəkildə izləyir" - deyə Zaxarova bildirib.

Xatırladaq ki, İraqda İŞİD terror təşkilatının işğalından azad edilmiş ərazilərdə tapılan 100-ə yaxın azərbaycanlı qadın hələ də bu ölkədə nəzarət altındadır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bir müddət əvvəl bildirmişdi ki, İraq təhlükəsizlik qüvvələri tərəfindən nəzarətdə saxlanılan azərbaycanlı qadınların nə vaxt Azərbaycana ekstradisiya olunacağı bəlli deyil. Qadınlarla bağlı məsələ İraqın hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır.

"Hazırda həmin qadınlar İraqın təhlükəsizlik orqanlarının nəzarəti altındadır. Çünki həmin qadınların əksəriyyətinin həyat yoldaşı silahlı qruplaşmaların tərkibində İraq ərazisində qeyri-qanuni fəaliyyət göstəriblər. İraqın təhlükəsizlik orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində həmin zonalar azad olunub və həmin azərbaycanlı qadınlar təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüblər. Bu məsələ İraqın xüsusi orqanları tərəfindən araşdırılır" — deyə H.Hacıyev qeyd edib.

Onun sözlərinə görə İraqdakı səfirliyimizin əməkdaşları İraq hökumət qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə həmin Azərbaycan vətəndaşları ilə görüşür, onların humanitar problemlərinin həll olunmasına köməklik göstərirlər. İraq məhkəmə hüquq sistemi tərəfindən bu məsələlər nəzərdən keçirilir. Ortada qadınların həyat yoldaşlarının İraqın ərazisində qanunsuz silahlı qruplaşmaların tərkibində fəaliyyət göstərmələri və İraq qanunlarını ciddi şəkildə pozmaları faktı var.

Bundan əlavə, İraq parlamentinin xanım deputat Vian Daxil ötən ilin sonlarında hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını bəyan etmişdi.

İraq sığınacaqlarında azərbaycanlı uşaqların da olduğu barədə məlumatlar zaman-zaman mediada yayılır. Ötən ilin sonlarında valideynləri radikal terror təşkilatlarına qoşulmuş bir neçə azyaşlı azərbaycanlı uşaq ölkəmizə qaytarılıb. Lakin Azərbaycanın İraqdakı səfirliyi hələ də oradakı sığınacaqlarda və həbsxanada olan valideynlərinin yanında azərbaycanlı körpələrin olduğunu etiraf edib. Sadəcə onların ölkəmizə gətirilməsi prosedurları çox çətindir. Çünki onların bir çoxunun sənədləri qaydasında deyil. Bəziləri isə hərbi əməliyyatlar dövründə İraqda dünyaya gəldikləri üçün Azərbaycan vətəndaşı sayılmırlar.


Azərbaycanlı İŞİD-çi qadının 2 uşağı İraqdan çıxarıldı, biri qaldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BDU-da yoxlamalar başladı...
    Prezident Administrasiyasına dəvət edilən QMİ sədrini məlum qalmaqalla bağlı dinləyiblər; sabiq rektorun YAP İdarə Heyətinin və Siyasi Şuranın üzvlüyündə qalıb-qalmayacağı hələ də bilinmir...
     19.11.2018
    Cəbhədə düşmən təxribatı: Atəşkəs 25 dəfə pozuldu
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
     19.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ