EURO 1,8968 TRY 0,2888
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.10.2018 14:52:44

Belə bir əlaqə 90-cı illərdə Azərbaycan və Ermənistan arasında mövcud idi.

Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin Düşənbədə MDB dövlət başçılarının sammitində tərəflər arasında operativ əlaqənin qurulması ilə bağlı razılığa gəldi. Bu, o deməkdir ki, tərəflərin hərbi rəhbərliyi arasında əlaqə vasitələri qurulur və təmas xəttində gərginliyin yaranmasının qarşısı alınır.

Yeni olan bu razılaşmanın hansı mexanizmlərlə işlədiyi məlum deyil, hətta Paşinyanın ölkəsinə qayıdandan sonra Dağlıq Qarabağla bağlı verdiyi açıqlamalar fonunda işləyəcəyi də sual altındadır. Lakin belə bir əlaqə 90-cı illərdə Azərbaycan və Ermənistan arasında mövcud idi.

Publika.az xəbər verir ki, 1993-cü ildə Ermənistanda müdafiə nazirinin vəzifəsini icra edən, general-leytenant Norat Ter-Qriqoryans həmin illərdə Azərbaycanın müdafiə naziri ilə operativ əlaqəyə malik olduğunu açıqlayıb.

“Mən həmişə Azərbaycanın müdafiə naziri ilə danışıq əlaqəmiz vardı. Bu, çox lazımlı idi. İndi də belə bir əlaqəyə böyük ehtiyac var. Biz düşmən idik, lakin əlaqə saxlayırdım, mən şəxsən müdafiə naziri ilə danışırdım. Bu əlaqə vasitəsilə çox problemlər həll edilirdi. Hətta prezident Levon Ter-Petrosyan bizim azərbaycanlılarla nə danışdığımızı bilmirdi, bir çox məsələ hərbçilər arasında həll olunurdu”, - deyə o bildirib.


Azərbaycanlı nazirlə əlaqəmiz vardı, prezident də bunu bilmirdi - Erməni general

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda arvad ərini döyüb xəstəxanalıq etdi
    Döyülmə hadisəsi Nardaran-Maştağa qəsəbəsi, Yeni yaşayış massivində qeydə alınıb.
     25.04.2019
    10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlanıb
    Son vaxtlar 10 min dollardan çox olan problemli kreditlərlə bağlı güzəştlərin ediləcəyi bildirilir.
     25.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ