EURO 1,8427 TRY 0,2563
USD 1,7 RUB 0,022
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:06.02.2020 12:27:40

Azərbaycanlı turistlər 2019-cu ildə xarici ölkələrə səfərləri zamanı ən azı 2 milyard 407,572 milyon manat xərcləyiblər.

İslamazeri.com xəbər verir ki, Azərbaycanlı turistlər 2019-cu ildə xarici ölkələrə səfərləri zamanı ən azı 2 milyard 407,572 milyon manat (cari məzənnə ilə $1,4 milyard) xərcləyiblər.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə turizm bazarındakı mənbə məlumat verib.

Azərbaycanlı turistlərin nəqliyyat xərcləri 711,963 milyon manat təşkil edib ki, bu da bütün xərclərin təxminən 30%-i deməkdir. Otel xərcləri 465,148 milyon manat, qida xərcləri 399,821 milyon manat məbləğində olub. 582,747 milyon manat mal və hədiyyələrin alınmasına, qalan məbləğ isə digər xərclərə yönəldilib.

Azərbaycan vətəndaşları ən çox Rusiyada vəsait sərf ediblər (584,283 milyon manat), bu məbləğ İranda 524,348 milyon manat, Gürcüstanda 487,15 milyon manat, Türkiyədə 473,239 min manat, BƏƏ-də 64,803 milyon manat təşkil edib.

Turistlər tərəfindən ən az vəsait Küveytdə (3,393 milyon manat), Özbəkistanda (3,693 milyon manat) və İsveçrədə (3,971 milyon manat) sərf edilib.

Azərbaycanlı turistlərin Rusiyada nəqliyyat (184,618 milyon manat), İranda isə otel və qidalanma xərcləri (müvafiq olaraq 128,966 milyon manat və 122,606 milyon manat) yüksək olub.

Azərbaycan vətəndaşları Gürcüstanda mal və hədiyyə alışına 175,556 milyon manat, Rusiyada 150,460 milyon manat, İranda 138,439 milyon manat, Türkiyədə 95,917 milyon manat, BƏƏ-də 2,64 milyon manat sərf ediblər.

Mənbənin məlumatına görə, 2019-cu ildə 5 milyon 567,684 min Azərbaycan vətəndaşı xaricə gedib, 4 milyon 347,336 min nəfərin (2018-ci illə müqayisədə artım 6,1%) səfəri turizm məqsədli olub.

Azərbaycan vətəndaşları (2 milyon 41,133 min nəfər və ya turistlərin ümumi sayının 37%-ə qədəri) ən çox İrana səfər ediblər. Azərbaycanlı turistlərin ən çox səfər etdikləri ölkələrin beşliyinə Gürcüstan (1 milyon 606,886 min nəfər), Rusiya (982,449 min nəfər), Türkiyə (633,618 min nəfər) və Ukrayna (66,322 min nəfər) daxildir.

2019-cu ilin yekunları üzrə Azərbaycan vətəndaşları üçün ən populyar istiqamətlərin beşliyində Gürcüstan (1 milyon 354,605 min nəfər), İran (1 milyon 353,271 min nəfər), Rusiya (833,117 min nəfər), Türkiyə (532,873 min nəfər) və Ukrayna (56,772 min nəfər) yer alıb.

Azərbaycan vətəndaşları 1 gün müddətinə ən çox İrana (512,89 min nəfər), 1-3 gün müddətinə Gürcüstana (418,573 min nəfər), 4-7 gün müddətinə Gürcüstana (310,205 min nəfər), 8-14 gün müddətinə Gürcüstana (256 min nəfər) səfər edirlər.


Azərbaycanlı turistlər 2019-cu ildə xarici ölkələrdə 1.4 milyard dollar xərcləyiblər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda koronavirus: 3 hərbçi yoluxdu, 100 hərbçi karantinə alındı
    İsrail Ordusu virusun daha böyük əhatəyə sahib olacağından narahatdır
     04.04.2020
    Rusiya bütün uçuşları dayandırmaq istəyir
    Hökumət xaricdə ilişib qalan vətəndaşlarının müvəqqəti qalma haqqını ödəmək üçün Xarici İşlər Nazirliyinə 500 milyon rubl ($6.5 milyon dollar) ayırdığını bildirib.
     04.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ