1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:26.10.2019 13:24:37

Antalyada azərbaycanlının avtomobili oğurlanıb.

Antalyada azərbaycanlının avtomobili oğurlanıb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Halil D. adlı şəxs Antalyanın Korkuteli rayonunda azərbaycanlı Bəxtiyar Muradova məxsus fermaya gəlib.

Halil D. oradan çıxdıqdan sonra fermanın önündəki avtomobili qaçırıb. Bundan xəbər tutan Bəxtiyar Muradov isə digər avtomobilinə minərək onun dalınca düşüb.

 Onlar 10 kilometr getdikdən sonra Bəxtiyar Muradov Halil D.-nın sürdüyü avtomobilin önünü kəsib.

Bəxtiyar Muradov avtomobilindən enərək əlini Halil D.-nin qaçırdığı maşının pəncərəsindən içəri salıb açarı çıxarmağa çalışıb. Lakin Halil D. üzərindəki tapança ilə onun əlinə vurub və qaçırdığı avtomobili sürməyə davam edib.

Sonda isə polis və jandarma 30 kilometr təqib etdikdən sonra Halil D. Cəhənnəm Dərəsi adlanan ərazidə qəzaya düşüb. Polisə müqavimət göstərən Halil D. polisin xəbərdarlıq atəşindən sonra saxlanılıb.


Azərbaycanlının maşınını qaçıran şəxs Türkiyədə belə tutuldu - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİN AXCP fəalı ilə bağlı açıqlama yaydı
    Mayın 29-da Qaradağ Rayon Məhkəməsi AXCP fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.
     30.05.2020
    Washingtonpost: Trampın sanksiyaları uğursuzdur; İran və Venesuela bunu isbat etdi...
    ABŞ mediası Venesuela sahillərinə İran neft tankerlərinin gəlməsini təqdir edən məqalə hazırlayıb.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ