1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:05.09.2019 09:16:38

Dorian qasırğasının gücü zəifləsə də, Birləşmiş Ştatların cənub-şərq bölgələrinə hələ də təhlükə ilə üzləşir.

Islamazeri.com voanews-a istinadən xəbər verir ki, bütöv məhəllələri selə qərq edən, evlərin damlarını qoparan və minlərlə insanı yardıma möhtac qoyan Dorian qasırğası şimala doğru hərəkət etdikdən sonra Baham adalarında diqqət xilasetmə və bərpa işlərinə yönəlib.

Baham adalarının baş naziri Hubert Minnis qasırğa zamanı azı 7 nəfərin öldüyünü təsdiq edib və ölənlərin sayının daha çox ola biləcəyini deyib.

“Bütün səylər və resurslardan istifadə olunacaq,” deyə baş nazir söz verib.

Milli Qasırğa Mərkəzi Bökük Baham və Abako adalarını basmış suların geri çəkildiyini bildirib.

Uzun müddət bir yerdə qalaraq güclü yağışlar və küləklərlə müşayiət olunan qasırğa Böyük Baham adasının aeroportunun uçuş zolağını da sular altında qoyduğu üçün yardım səyləri əngəllənib.

Qırmızı Xaç Təşkilatı Dorianın Böyük Baham və Abako adalarındakı evlərin yarısına ciddi şəkildə sıradan çıxardığını və ya tamamilə dağıtdığını, 62 min insanın isə təmiz suya ehtiyacı olduğunu bildirib.

BMT qasırğadan sonra təxminən 60 min insanın ərzağa ehtiyacı olduğunu deyib. 

Dorian qasırğasının gücü zəifləsə də, Birləşmiş Ştatların cənub-şərq bölgələrinə hələ də təhlükə ilə üzləşir.

Milli Qasırğa Mərkəzi çərşənbə günü səhər saatlarından başlayaraq çərşənbə axşamı gecəyə qədər Dorianın hələ də saatda 165 kilometr sürətlə küləklə Florida və Corciya sahillərinə təhlükəli şəkildə yaxınlaşacağını bildirib.

Cənubi Karolina və Şimali Karolina ştatlarının cümə axşamı və cümə günləri kritik hava şəraiti ilə üzləşəcəkləri gözlənilir.


Baham adalarını viran qoymuş Dorian qasırğası ABŞ-a doğru irəliləyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlövsət Əliyev Almaniyada həbs olunub
    Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib
     16.11.2019
    “Müsavat Partiyası qanunsuz miqrasiya ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır”
    Müsavat Partiyası Almaniyada mühacirətdə olan partiya üzvlərinə qarşı cinayət işi qaldırılması, onların saxlanılnması və partiya funksionerlərinin saxta sənədlər verməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ