1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.05.2019 12:00:58

Türkiyədə Ankara-Qars qatarının biletləri ilk dəfə satışa çıxarılıb.

Türkiyədə Ankara-Qars qatarının biletləri ilk dəfə satışa çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu marşrut üzrə qatar ilk dəfə mayın 29-da yola düşəcək.

İlkin qatar səfəri daha çox turistik səfər xarakterindədir və mayın 29-da Ankarada yerli saatla 20:00-da çıxacaq. Qatarın bileti bir nəfər üçün 400 türk lirəsi, iki nəfərlik bilet isə 500 lirədir.

120 yataq yeri olan qatar Ankaradan Qarsa 27 saata çatacaq.

Sonrakı mərhələdə Ankara-Qars-Ankara xətti üzrə günaşırı işləyəcək qatar Qarsdan Ankaraya saat 23:00-da çıxacaq.

Məlumat üçün qeyd edək ki, bu həm də gələcəkdə açılması gözlənilən Bakı-Ankara qatar yolunun bir hissəsidir. Eyni zamanda Bakı-Tblisi-Qars marşrutu üzrə hərəkət edən sərnişinlər Qarsdan Ankaraya asanlıqla çata bilər.

Qatarın biletinin indi göstərilən qiymətlərdən ucuz olacağı gözlənilir.


Bakı-Ankara qatar yolunun bir hissəsinin biletləri satışa çıxarıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ