EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:18.05.2019 11:49:19

İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının baş məşqçiləri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa qədər hərəyə iki mətbuat konfransı təşkil edəcəklər.

İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının baş məşqçiləri Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa qədər hərəyə iki mətbuat konfransı təşkil edəcəklər.

İslamazeri.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, media üçün açıq qapı günləri əvvəlcə klubların təmsil etdikləri paytaxt Londonda olacaq. “Arsenal” mayın 21-də təlim-məşq bazasında KİV nümayəndələrini qəbul edəcək. Jurnalistlər Bakı vaxtı ilə saat 14:00-da bir saatlıq açıq məşqdə iştirak edə biləcəklər. Bundan 2 saat sonra futbolçularla müsahibə etmək imkanı olacaq. Saat 17:30-da isə baş məşqçi Unay Emeri sualları cavablandıracaq.

“Çelsi” isə təlim-məşq bazasının qapılarını mayın 22-də media nümayəndələrinin üzünə açacaq. Bakı vaxtı ilə saat 16:30-da baş məşqçi Mauritso Sarrinin mətbuat konfransı keçiriləcək. Saat 18:00-da bir saatlıq açıq məşq olacaq. Jurnalistlər saat 20:00-da sonra futbolçularla danışa biləcəklər.

Matçın baş tutacağı Bakı Olimpiya Stadionundakı açıq məşq və mətbuat konfransları mayın 28-də təşkil olunacaq. Yerli vaxtla saat 17:45-də Emerinin mətbuat konfransı keçiriləcək. Tam açıq məşq isə saat 18:30-a təyin edilib. Sarri saat 21:15-dən etibarən sualları cavablandıracaq. “Çelsi”in açıq məşqi isə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.


Bakı finalı: “Arsenal” və “Çelsi”nin açıq qapı günləri açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ