Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.01.2022 11:50:28

Yeni qatarlar (vaqonlar) əvvəlki illərdə olduğu kimi yenə də Rusiyaya məxsus “Transmaşholdinq” SC-nə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olacaq.

Bu il "Bakı Metropoliteni" QSC daha 4 yeni qatar və yaxud 20 yeni vaqon alacaq.

Bu barədə İslamazeri.com-a qurumdan bildirilib.

Məlumata görə, yeni qatarlar (vaqonlar) əvvəlki illərdə olduğu kimi yenə də Rusiyaya məxsus “Transmaşholdinq” SC-nə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olacaq. Hazırda Bakı metrosunda həmin müəssisəyə məxsus 19 qatar (95 vaqon) var.

"Təkcə ötən ilin II yarısında 81-765B/766 B seriyalı 4 yeni qatar (20 yeni vaqon) xəttə buraxılıb. Hər gün 40-46 qatarın hərəkətdə olduğunu nəzərə alaraq, bununla xətdə olan qatarların təxminən 50%-nin yenilənmiş olduğunu söyləmək mümkündür", - deyə səhmdar cəmiyyətindən qeyd olunub.


Bakı Metropoliteni 20 yeni vaqon alacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın xarici işlər naziri İrana rəsmi səfər edib
    Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
     4.07.2022
    Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
    Bu barədə Energetika Nazirliyindən nməlumat verilib.
     4.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ