EURO 2,0123 NEFT 63,12
USD 1,7002 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.07.2017 17:25:24

Bakı metrosunda gənc oğlan özünü qatarın altına atıb.

İslamazeri.com-un Unikal.org-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində "Bakı Metropoliteni”nin "Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü reyslərin üzərinə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin qatarın altından çıxarılıb.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev unikal.org-a bildirib ki, hadisə bu gün saat 15:50 radələrində baş verib: "1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü reyslərin üzərinə altıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və hadisə nəticəsində vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarlarların hərəkət intervalında hər hansısa gecikmə yaranmayıb”.


Bakı metrosunda intihar həyəcanı: Gənc özünü reyslərin üzərinə atdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu ölkədə Skype bağlandı
    Skype- a qədər isə, Çində Whatsapp messenceri bağlanmışdı
     23.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ