EURO 1,8766 TRY 0,299
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:22.07.2019 14:58:53

Bakı-Qazax yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində, təmirlə əlaqədar quraşdırılan yol nişanları intizamlı sürücülərə birbaşa təhlükə yaradır.

Bakı-Qazax yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində, təmirlə əlaqədar quraşdırılan yol nişanları intizamlı sürücülərə birbaşa təhlükə yaradır.

İslamazeri.com xəbər verir ki, Avtosfer.az-ın əməkdaşı həmin ərazidə çəkiliş apararaq xidmətdə olan YPX əməkdaşlarına bu barədə məlumat verib.
Belə ki, 90 və ya 70 km saat sürət təşkil olunmuş yolda təmir işlərinin aparıldığı üçün, BDYPİ-nin Siqnal idarəsi müvəqqəti yol nişanları quraşdıraraq hərəkət sürətini 30 km saat sürətə endirib. Əməkdaşımız öz avtomobili ilə həmin yolda 30 km saat sürətlə hərəkətdə olan zaman, arxadan gələn avtomobillərin heç biri, hətta YPX əməkdaşları da həmin nişanın tələbinə riayət etməyib. Bu isə intizamlı şəkildə 30 km saat sürətlə hərəkət edən sürücülərə təhlükə yaradır. Yəni, arxadan yüksək sürətlə hərəkət edən avtomobillərlə asta gedən sürücülər arasında toqquşma təhlükəsi yaranır.

Məlum məsələdir ki, yolda təmir işlərini aparan şəxslərin təhlükəsizliyini təmin etmək üçün hərəkət sürətini mütləq aşağı salmaq lazımdır. Lakin, hərəkət sürəti aşağı salınarkən real vəziyyətə uyğun təşkil edilməlidir.

Sürət 30 km saata endirilirsə və həmin nişana yalnız bir nəfər riayət edirsə (hətta o nişana YPX əməkdaşları da məhəl qoymur) bu nişanın orada olmasına nə ehtiyac var?

BDYPİ-nin əməkdaşları qeyd etdiyimiz ərazidə test üçün radar quraşdırıb sürücülərin hərəkət sürətini müşahidə etsə, həqiqətən də 99 faiz sürücünün həmin nişana riayət etmədiyinin şahidi olacaqlar.


Bakı-Qazax yoluna “30” nişanı qoyub sürücülərə təhlükə yaradırlar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan gələn ay Azərbaycana səfərə gəlir
    Oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək
     19.09.2019
    Ermənistanda istefaya göndəriləcək nazirlərin adları açıqlandı
    Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək.
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ