EURO 1,8757 TRY 0,2945
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:30.10.2019 09:35:01

Ötən gündən Sabunçu sakinləri Bakının mərkəzinə qatar vasitəsi ilə rahat gəlib-gedə bilirlər.

Ötən gündən Sabunçu sakinləri Bakının mərkəzinə qatar vasitəsi ilə rahat gəlib-gedə bilirlər. Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunub. Sürət qatarlarının Sabunçu stansiyasına qədər hərəkəti yay aylarından avtomobil tunelinin inşası məqsədi ilə dayandırılmışdı.

İslamazeri.com xəbər verir ki, dünəndən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunub. Sürət qatarlarının Sabunçu stansiyasına qədər hərəkəti yay aylarından etibarən avtomobil tunelinin inşası məqsədi ilə dayandırılmışdı. Bu günə qədər Sabunçuya getməli olan sürət qatarları ''Bakıxanov'' dəmiryolu dayanacağına qədər hərəkət edirdilər.

Dəmiryolu xətti bərpa edildikdən sonra tikilən avtomobil tunelinin tikintisi sürətləndirilib. Tunelin inşasında məqsəd Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi eyni səviyyəli avtomobil yolu ilə dəmir yolunu birbirindən ayıraraq həmin hissədə təhlükəsizliyi təmin etməkdir. 3 hərəkət zolağından ibarət olacaq tunelin fevral ayında sürücülərin istifadəsinə verilməsi planlaşdırılır.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Natavan Bayramova "Xəzər Xəbər"ə bildirdi ki, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır. Yəni qatarlar əvvəlki qrafiklərinə davam edəcəklər. Qeyd edək ki, Bakı dairəvi dəmir yolu xətti ilə qatarlar hələki Sabunçu dəmiryolu stansiyasına qədər hərəkət edir.

Noyabr ayından etibarən sürət qatarlı Sabunçu stansiyasından keçməklə Zabrat-1, Zabrat-2, Məhəmmədli dayanacaqlarına və Pirşağı stansiyasına qədər hərəkət edəcəklər. Bununla da Bakı kəndlərindən sərnişinlərin paytaxt Bakıya qatarlar vasitəsi ilə daşınması həllini tapacaq.

İslamazeri.com


Bakı-Sabunçu qatarından istifadə edənlərə ŞAD XƏBƏR - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ